UŞAQLARDA ALLERGİK SENSİBİLİZASİYANIN STRUKTURU

Müəlliflər

  • T.T. Pənahova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.012

Açar sözlər

bronxial astma, allergik rinit, sensibilizasiya

Xülasə

Məqalədə Bakıda yaşayan uşaqlarda allergik xəstəliklərin inkişaf etməsinin səbəbini aşkar etmək üçün allergenlərin spektrini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Müxtəlif allergik xəstəlikləri olan 220 uşağın (1-17 yaş arası, orta yaş (7,50,1 yaş) müayinəsi aparılmışdır. Uşaqlar iki reprezentativ qrupa bölünmüşdür. I qrupa bronxial astması olmayan (BA -) 151 (68, 6%) orta ağırlıqlı allergik rinitin kəskinləşmə dövrü (AR) olan uşaqlar daxil edilmişdir. II qrupu (BA +) 69 (31,4%) bronxial astma (BA) və komorbid olaraq yüngül, yaxud orta dərəcəli AR olan xəstələr təşkil etmişdir. II qrupda Dermatophagoides cinsinin ev tozu gənələrinə qarşı ən yüksək allergiya həssaslığı aşkar edilmişdir (IV sinif, p<0,01). Molekulyar texnologiyanın köməyi ilə I qrupda nəştəryarpaq bağayarpağına və həmişəyaşıl kiparisə (III sinif), adi fındığa, avropa zeytununa və akasiyaya (II sinif) yüksək reaktivlik aşkar edilmişdir. Aparılan tədqiqatlar hər iki qrupda Alternaria alternata göbələyinin antigenlərinə hipersensibilizasiyası sübut edilmişdir. Astma xəstələrində pişik tükü allergenlərinə (II sinif) həssaslıq daha yüksək nəticə ilə müşahidə edildi.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Pənahova, T. (2024). UŞAQLARDA ALLERGİK SENSİBİLİZASİYANIN STRUKTURU. Azərbaycan Tibb Jurnalı, (3), 71–74. https://doi.org/10.34921/amj.2024.3.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR