ÖRTÜK TOXUMALARDA ODLU SİLAHLA YARANAN DEFEKTLƏRİN BƏRPASINDA CƏRRAHİ TAKTİKANIN OBYEKTİVLƏŞDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2024.3.011Açar sözlər
odlu silah yaraları və yumşaq toxumaların defektləri, örtük toxumalar, termoqrafiya, cərrahi taktikanın effektivliyiXülasə
Məqalədə odlu silahla yaralanmış 126 döyüşçüdə örtük toxuma defektlərinin bərpasında cərrahi taktikanın obyektivləşməsinin nəticələri təqdim edilib. Bu məqsədlə yaralılar 2 qrupa bölünüblər: I qrupa 68 yaralı daxil edilib; dinamik angioqrafik multimodal nəzarət altında 75 rekonstruktiv-bərpaedici əməliyyat yerinə yetirilib; II qrupa daxil edilmiş 58 yaralıda isə adi taktika ilə 96 cərrahi əməliyyat aparılıb. Zədələnmiş anatomik strukturların tez bərpası və onların estetik görünüşü, çapıqların kiçilməsi I qrupdakı xəstələrdə əməliyyatın nəticələrinin yaxşı olduğunu göstərib. Aparılan işin nəticələri göstərir ki, dinamik monitorinq cərrahi rekonstruktiv-bərpa əməliyyatlarının keyfiyyətini yaxşılaşdırır və tibbi yardımın bütün mərhələlərində tətbiq edilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


