VAXTINDAN ƏVVƏL DOĞUŞLARIN LABORATOR VƏ İNSTRUMENTAL PREDİKTORLARI
DOI
https://doi.org/10.34921/amj.2024.3.010Açar sözlər
vaxtından əvvəl doğuşlar, servikometriya, hipoprogesteronemia, doğuşun prediktorları, vaginitXülasə
Məqalədə vaxtından əvvəl doğuşların proqnostik risk faktorlarını aşkarlamaq məqsədilə 2021-ci ildən 2024-cü ilədək aparılmış kohort prospektiv randomizə olunmuş tədqiqat haqqında məlumat verilmişdir. Vaxtından əvvəl doğuş təhlükəsi olan pasiyentlər əsas (n=198), hestasiya dövrü fizioloji olan hamilələr kontrol (n=80) qruplarına daxil edilmişdir. Pasiyentlərin klinik-anamnestik məlumatları, laborator göstəriciləri (qan serumunda progesteron səviyyəsi, infeksion markerlər) və ultrasəs müayinəsinin nəticələri analiz edilmişdir. Əsas qrupda olan hamilələrin 71,7%-də progesteron səviyyəsinin normadan aşağı olması (p<0,001), həmçinin sağlam hamilələrlə müqayisədə vaxtından əvvəl doğuşların diaqnostikasında mühüm rol oynayan ultrasəs müayinəsində uşaqlıq boynunun uzunluğunun 15 mm-dən qısa olmasına 7 dəfə daha artıq rast gəlindiyi (p<0,001) aşkarlanmışdır. Beləliklə, anamnezdə vaxtından əvvəl doğuşların olması, qan serumunda progesteron səviyyəsinin aşağı olması, uşaqlıq boynu uzunluğunun 15 mm-dən qısa olması vaxtından əvvəl doğuşların əsas proqnostik markerləridir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


