ZEHNİ İNKİŞAF GERİLİYİ OLAN UŞAQLARDA AĞIZ SUYUNUN SƏTHİ GƏRGİNLİYİ VƏ QATILIQ ƏMSALI

Müəlliflər

  • M.X. Hüseynova Azərbaycan Tibb Universiteti
  • A.R. Cəfərova Azərbaycan Tibb Universiteti
  • R.M. Məmmədov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.008

Açar sözlər

ağız suyu, fiziki-kimyəvi göstəricilər, səthi gərginlik əmsalı, Rebinder üsülu, zehni inkişaf geriliyi olan uşaqlar

Xülasə

Məqalədə zehni inkişaf geriliyi olan uşaqlarda qarışıq ağız suyunun səthi gərginliyinin və ağız suyunun qatılıq əmsalının öyrənilməsinə dair tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 2 qrup zehni inkişafdan geriliyi olan uşaqlar arasında aparılmışdır: yüngül və orta dərəcəli. Ümumilikdə tədqiqata 116 uşaq cəlb edilmişdir: 45 praktik sağlam (kontrol qrup) və 71 zehni inkişafdan geriliyi olan (əsas qrup). Qarışıq ağız suyunun səthi gərginlik əmsalının öyrənilməsi 6 yaşdan 16 yaşadək 50 uşaq arasında aparılmışdır: 25 uşaq zehni inkişaf geriliyi olan (əsas qrup) və 25 uşaq (kontrol qrup). Qarışıq ağız suyunun qatılığı 66 uşaqda həmyaşıd olan 46 zehni inkişaf geriliyi və 20 praktik sağlam uşağın göstəriciləri ilə müqayisə edilmişdir. Müqayisəli təhlilin nəticələri əsasında zehni inkişaf geriliyi olan uşaqlar arasında ağız suyunun səthi gərginlik əmsalı və qatılıq əmsalı kontrol qrupuna daxil olan uşaqlardakına nisbətən yüksək olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Hüseynova, M., Cəfərova, . A., & Məmmədov, R. (2024). ZEHNİ İNKİŞAF GERİLİYİ OLAN UŞAQLARDA AĞIZ SUYUNUN SƏTHİ GƏRGİNLİYİ VƏ QATILIQ ƏMSALI. Azərbaycan Tibb Jurnalı, (3), 47–51. https://doi.org/10.34921/amj.2024.3.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR