QARIN BOŞLUĞUNUN İRİ ARTERİYALARININ DÖYÜŞ XƏSARƏTLƏRİ NƏTİCƏSİNDƏ ZƏDƏLƏNMƏSİNİN DİAQNOSTİKASINDA ULTRASƏS MÜAYİNƏSİNİN TƏTBİQİ

Müəlliflər

  • E.İ. Qreçanik "Baş Hərbi klinik Hospital"milli hərbi-tibbi klinik mərkəzi
  • R.R. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • F.İ. Kulikova Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu
  • R.Ya. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • G.V. Lavrik Kiyev Milli Xərçəng Institutu
  • A.G. Kiriçenko Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu
  • T.V. Leşçeva Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu
  • D.P. Leşçev Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu
  • N.V. Tomax Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu
  • M.A. Dovqal Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2024.3.009

Açar sözlər

qarın boşluğunun iri arteriyaları, ultrasonoqrafiya, döyüş xəsarətləri

Xülasə

Məqalədə döyüş əməliyyatları zamanı qarın boşluğunun iri arterial damarlarının zədələnməsinin diaqnostikasında ultrasəs müayinəsinin nəticələri təqdim olunur. Döyüş zamanı yaralanmış 43 xəstə üzərində müşahidə aparılmışdır. Göstərilmişdir ki, aortanın zədələnməsi 43 xəstədən 29 (67,4%), böyrək arteriyalarının zədələnməsi – 6 (14,0%), qalça arteriyalarının zədələnməsi – 8 (18,6%) nəfərdə qeydə alınmışdır. Aorta zədələnməsinin diaqnostikasında ultrasəsin həssaslığı 96,2%, spesifikliyi 66,7%, dəqiqliyi 93,1%, böyrək və galça arteriyaların zədələnməsi üzrə müvafiq olaraq 75,0%, 50,0% və 71,4% təşkil edib. Müəlliflərin fikrincə, aortanın döyüş xəsarətlərinin diaqnostikasında ultrasəs yüksək həssaslığa, spesifikliyə və dəqiqliyə malikdir. Qarın aortasının şaxələrinin döyüş xəsarətlərinin diaqnostikasında ultrasəs müayinəsi məqbul həssaslığa malikdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Qreçanik, E., Abdullayev, R., Kulikova, F., Abdullayev, R., Lavrik, G., Kiriçenko, A., … Dovqal, M. (2024). QARIN BOŞLUĞUNUN İRİ ARTERİYALARININ DÖYÜŞ XƏSARƏTLƏRİ NƏTİCƏSİNDƏ ZƏDƏLƏNMƏSİNİN DİAQNOSTİKASINDA ULTRASƏS MÜAYİNƏSİNİN TƏTBİQİ. Azərbaycan Tibb Jurnalı, (3), 52–58. https://doi.org/10.34921/amj.2024.3.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR