SÜD VƏZİSİ XƏRÇƏNGİ OLAN QADINLARIN QANINDA MATRİKSMETALLOPROTEİNAZALARIN BƏZİ NÜMAYƏNDƏLƏRİNİN VƏ CYR-61-in SƏVİYYƏSİ
DOI
https://doi.org/10.34921/amj.2024.3.006Açar sözlər
süd vəzisi xərçəngi, biomatriks metalloproteinazaları, CYR-61Xülasə
Məqalədə süd vəzisi xərçənginin (SVX) erkən diaqnostikasında serum matriksmetalloproteinaza-7 (MMP7), MMP-9 və sisteinlə zəngin angiogen induktor 61-in (CYR61) rolunun araşdırılmasını əks etdirən tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata 2023-2024-cü illərdə Milli Onkoloji Mərkəzə müraciət etmiş və SVX diaqnozu qoyulmuş 30-51 yaşlı 74 qadının nəticələri daxil edilmişdir. Kontrol qrupunu 25-38 yaşlı praktik sağlam 15 qadının nəticələri təşkil etmişdir. Histokimyəvi analiz üsulları ilə SVX-nin biotipləri aydınlaşdırılmış, nəticələrə əsasən 8 qadında “tripl neqativ” və ya üçlü neqativ fenotipli, 33 qadında Her2 sekresiyası müsbət və 33 qadında isə Her2 sekresiyası mənfi olan SVX aşkar edilmişdir. Kontrol qrupun nəticələri həm SVX olan bütün qadınların nəticələri ilə, həm də biotiplərə uyğun olaraq müxtəlif yarımqrupların göstəriciləri ilə müqayisə edilmişdir. Tədqiqatın nəticələrinə əsasən, Her2-müsbət, Her2-mənfi və üçlü neqativ SVX yarımqrupları arasında bu göstəricilərdə statistik əhəmiyyətli fərq aşkar edilməmişdir. MMP-9-un səviyyəsində isə ümumi SVX qrupu ilə kontrol qrupu arasında statistik əhəmiyyətli fərq müşahidə edilmişdir (p<0,001). Tədqiqat göstərmişdir ki, Her2 sekresiyasından asılı olaraq SVX biotipləri arasında serum biomarkerlərinin səviyyəsində əsaslı fərq müəyyən edilmir. Ancaq serum MMP-9 və CYR-61 səviyyəsi SVX-nin biotipindən asılı olmayaraq SVX diaqnostikasında əhəmiyyətliLaborator biomarker kimi istifadə edilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


