COVID-19 İNFEKSİYASI KEÇİRMİŞ PSİXİ PATOLOGİYALI XƏSTƏLƏRDƏ BEYNİN ARTERİAL HEMODİNAMİKASI
DOI
https://doi.org/10.34921/amj.2024.3.002Açar sözlər
COVID-19, beyin arterial hemodinamikasi, psixi pozuntular, doppleroqrafiyaXülasə
Məqalədə psixika pozulmaları olan və COVID-19 infeksiyası keçirmiş xəstələrdə beynin arterial hemodinamikasını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata müvafiq patologyası olan 43 xəstə (I qrup) daxil edilmişdir. Müqayisə qrupunu (II qrup) COVID-19 keçirmiş və çox zəif psixi pozuntusu olan 35 xəstə təşkil edib. Göstərilmişdir ki, I qrupda 28 (65,1±7,3%), II qrupda 13 (37,1±8,6%) xəstənin sol orta beyin arteriyasında qan dövranı sürəti sağ orta beyin arteriyasındakı qan dövranı sürətindən çox olub (Vs sol > Vs sağ). I qrupda 15 (34,9±7,3%), II qrupda 22 (62,9±8,6%) xəstədə isə əksinə, az olub (Vs sol < Vs sağ). Sol orta beyin arteriyasındakı pulsasion index I qrupda 0,93+0,06, II qrupda 0,76 ± 0,04 (p<0,05) olub. Əldə edilmiş məlumatlara görə, psixika pozulmaları olan COVID-19 keçirmiş xəstələrdə orta beyin arteriyalarındakı qan dövrani sürətinin asimmetriyasi psixi pozulmaları olmayan xəstələrdəkindən statistik dəqiqliklə (p<0,05) yüksək olub. Belə nəticə periferik müqavimət (RI, PI) göstəriciləri üçün də alinib.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


