SÜD VƏZİSİ XƏRÇƏNGİNİN YARIMTİPLƏRİNİN PROQNOZLAŞDIRILMASINDA METASTATİK AKSİLYAR LİMFA DÜYNLƏRİNİN RADİOMORFOLOJİ GÖSTƏRİCİLƏRİNİN ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2024.3.001Açar sözlər
süd vəzisi xərçəngi, ultrasəs müayinəsi, aksilyar limfa düyünləri, süd vəzisi xərçənginin molekulyar subtipləriXülasə
Məqalədə süd vəzisi xərçənginin yarımtiplərinin proqnozlaşdırılmasında metastatik aksilyar limfa düyünlərinin radiomorfoloji göstəricilərinin əhəmiyyətini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat işində Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında 2021-2022-ci illərdə müayinə və müalicə almış 24-75 yaş hədlərində (53,9±0,8) 184 nəfər SVX olan xəstə qadının aksilyar limfa düyünlərinin ultrasəs müayinəsi (USM) göstəriciləri ilə molekulyar yarımtiplər arasında əlaqələr araşdırılmışdır. Tədqiqat göstərmişdir ki, oval formalı limfa düyünlərinin yaranması əsasən luminal A və TNBC yarımtipləri üçün xarakterikdir. Qeyri-düzgün və qeyri-dəqiq konturlara malik limfa düyünləri əsasən TNBC yarımtipində qeydə alınmışdır. Bununla yanaşı, HER2+ yarımtipində (n=9; 81,8%) digər yarımtiplərlə müqayisədə kürə formalı limfa düyünlərinə daha çox rast gəlinir. TNBC yarımtipində daha çox oval və qabıq qatı qeyri-bərabər qalınlaşmış (<3,0 mm), HER2+ yarımtipində isə kürə formalı və qabıq qatının normal quruluşu pozulmuş aksilyar limfa düyünləri üstünlük təşkil edir. Beləliklə, SVX zamanı metastatik limfa düyünlərinin radio-morfoloji xüsusiyyətləri əsasında şişin histoloji yarımtiplərini ehtimal etmək mümkün ola bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


