DÖYÜŞ ZAMANI ALINAN DÖŞ QƏFƏSİ XƏSARƏTLƏRİNİN DİAQNOSTİKASINDA RENTGENOQRAFİYA VƏ ULTRASƏS MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ

Авторы

  • R.R. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • Ye.İ. Qreçanik “Baş Hərbi Klinik Hospital” Milli Klinik Hərbi-Tibb Mərkəzi
  • R.Ya. Abdullaiev Xarkov Milli Tibb Universiteti
  • M.M. Xaustov Xarkov Milli Tibb Universiteti
  • N.F. Posoxov Ukrayna Milli Tibb Elmləri Akademiyası
  • T.A. Dudnik Poltava Dövlət Tibb Universiteti
  • A.G. Kiriçenko Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu
  • N.V. Tomax Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri üzrə Ukrayna Dövlət Tədqiqat İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2024.32.77.001

Ключевые слова:

rentgenoqrafiya, ultrasonoqrafiya, döş qəfəsinin döyüşlə əlaqəli zədələnməsi

Аннотация

Məqalədə döyüş zamanı alınan döş qəfəsi xəsarətlərinin diaqnostikasında rentgenoqrafiya və ultrasəs müayinəsinin nəticələrinin müqayisəli qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 94 xəstə cəlb edilmişdir. Göstərilmişdir ki, pnevmotoraks 45 (47,9%), plevra efüzyonu 36 (38,3%), qabırğa sınığı 34 (36,2%), perikardial efüzyon 11 (11,7%) xəstədə qeydə alınıb. Ultrasonoqrafiyanın həssaslığı pnevmotoraksın diaqnostikasında 89,7%, spesifikliyi – 83,3%, dəqiqliyi – 88,9%, qabırğa sınığında müvafiq olaraq – 90,3%, 66,7% və 88,2% təşkil edib. Əldə edilmiş məlumatlara görə, pnevmotoraksın və gabırğa sınığının diaqnostikasında ultrasonoqrafiya yüksək həssaslığa, spesifikliyə və dəqiqliyə malikdir. Ultrasəs müayinəsi travma nəticəsində yaranan istənilən həcmdə plevral və perikardial ekssudatın diaqnostikası üçün dəqiq və əlverişli üsuldur.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Abdullayev, R., Qreçanik, Y., Abdullaiev, R., Xaustov, M., Posoxov, N., Dudnik, T., Kiriçenko, A., & Tomax, N. (2024). DÖYÜŞ ZAMANI ALINAN DÖŞ QƏFƏSİ XƏSARƏTLƏRİNİN DİAQNOSTİKASINDA RENTGENOQRAFİYA VƏ ULTRASƏS MÜAYİNƏSİNİN NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 185–191. https://doi.org/10.34921/amj.2024.32.77.001

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ