MAYA VƏ MAYAYABƏNZƏR GÖBƏLƏKCİKLƏRDƏ ENDOBİONTUN RASTGƏLİNMƏ TEZLİYİ

Авторы

  • S.A. Muradova Azərbaycan Tibb Universiteti
  • S.F. Qurbanova Azərbaycan Tibb Universiteti
  • G.M. Seyidova Azərbaycan Tibb Universiteti
  • C.X. Talıbova Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.81.68.001

Ключевые слова:

Candida cinsli göbələklər, endobiontlar, simbioz

Аннотация

C. albicans kulturasında aşkar edilən endobiontun (EB) və Candida cinsli göbələkciklərin digər növlərində də rast gəlinməsini öyrənmək və onların göbələkcik hüceyrələrində görünməsinin səbəbini araşdırmaq məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. Bu məqsədlə müxtəlif bioloji materiallardan (tənəffüs, həzm və sidik-cinsiyyət sistemi) təcrid edilmiş 51 C.albicans ştamı, Candida cinsli göbələkciklərin digər növlərinə aid olan 57 ştamm tədqiq edilmişdir. Həmçinin C. albicans «РКПГУ401/885-653», C. glabrata «РКПГУ-1188», C. kruseii «РКПГУ-526», C. tropicalis «РКПГУ-531» etalon ştamları, o cümlədən ətraf mühitdən təcrid edilmiş 5 identifikasiya olunmamış, eləcə də Sacchamyces cerevisiae və Sacchamyces boulardii maya və mayayabənzər göbələk kulturaları da öyrənilmişdir. Tədqiq olunmuş maya və mayabənzər göbələkciklərin bütün kulturalarında EB (100% hallarda) aşkar edilmişdir. EB-in göbələk populyasiyasında görünməsi müxtəlif amillərin (qidalı mühitin tərkibi və konsistensiyası, pH, temperatur, saxlanılma müddəti, müxtəlif antimikrob preparatlar və s.) təsirindən sürətləndiyi müəyyən edilmşdir. Alınmış nəticələr EB-in təsadüfi fenomen olmadığını, maya və mayabənzər göbələkciklərin endobiontu olduğu fikrini deməyə əsas verir.

Downloads

Download data is not yet available.

Опубликован

2024-07-28

How to Cite

Muradova, S., Qurbanova, S., Seyidova, G., & Talıbova, C. (2024). MAYA VƏ MAYAYABƏNZƏR GÖBƏLƏKCİKLƏRDƏ ENDOBİONTUN RASTGƏLİNMƏ TEZLİYİ. Azərbaycan Tibb Jurnalı, (2), 178–184. https://doi.org/10.34921/amj.2024.81.68.001

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ