İNSULTUN TEZLİYİ, STRUKTURU, RİSK AMİLLƏRİ VƏ ONLARIN NEVROLOJİ SİMPTOMLARLA ƏLAQƏSİ

Авторы

  • İ.S. Babaxanov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Respublika Hospitalı

DOI:

https://doi.org/10.34921/amj.2024.10.96.001

Ключевые слова:

işemik insult, baş beyninin damar xəstəlikləri, beyin qan dövranı, nevroloji simptomlar

Аннотация

Məqalədə işemik insultun inkişafının risk amilləri ilə nevroloji simptomların tezliyi, strukturu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 2016-2020 - ci illər ərzində işemik insult keçirmiş, yaşı 40-dan 65-ə qədər olan hüquq-mühafizə orqanlarında çalışan (orta yaş 47,98±5,3) 225 pasiyent üzərində tədqiqat aparılmışdır. Pasiyentlər 2 yarımqrupa bölünmüşlər. Birinci (əsas) yarımqrupa standart terapiya ilə yanaşı trombolitik terapiya (TLT) aparılmış 119 (52,8±3,3%) pasiyent daxil edilmişdir. İkinci yarımqrupa (kontrol) daxil edilən 106 (47,2±3,3%) pasiyentdə standart terapiya tam həcmdə aparılmışdır. Təqiqata cəlb edilənlərin 11,72±2,2%-də nevrotik sindromun yüksək dərəcəsi, 25,0±2,9%-də mülayim dərəcəsi, 63,28±3,2% -də yüngül dərəcəsi müşahidə edilmişdir. 40-54 yaş qrupunda olan kişilərdə nevrotik sindromun yüngül dərəcəsi (77,08±3,7%) üstünlük təşkil edir, orta dərəcəsinə — 16,67±3,31% və yüksək dərəcəsinə 6,25±3,2%-də rast gəlinir. Müayinə olunan şəxslərin tez-tez səslənən şikayətlərindən biri baş ağrısı olmuşdur. 225 pasiyentdən 146 (64,89±3,2%) nəfər baş ağrısından şikayət etmişdir. Baş ağrısının spesifikliyinin təhlili (tezliyi, tarixçəsi, xarakteri, təzahüretmə vaxtı, davametmə müddəti və intensivliyi) araşdırılmışdır. Baş ağrısından şikayət edən 62 pasiyentdə bu simptom həftədə 2-3 dəfə olmuşdur. 18 pasiyent daimi baş ağrısından şikayət etmişdir. Əksər hallarda (66 pasiyent 45,21±4,1%) müayinə olunanlar il ərzində baş ağrısından şikayət etmişlər. İnsultun əsas profilaktikası risk amillərinin erkən aşkar edilməsi və onlara təsir göstərilməsi hesab edilir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Babaxanov, İ.S. (2024). İNSULTUN TEZLİYİ, STRUKTURU, RİSK AMİLLƏRİ VƏ ONLARIN NEVROLOJİ SİMPTOMLARLA ƏLAQƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 162–167. https://doi.org/10.34921/amj.2024.10.96.001

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ