ATROFİYAYA UĞRAMIŞ ÇƏNƏLƏR ÜÇÜN DENTAL İMPLANTASİYA ÜSULUNUN SEÇİMİ

Авторы

  • D.İ. Ağayev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • R.M. Meybəlizadə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • Ə.A. Aydınlı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2024.15.35.001

Ключевые слова:

dental implantasiya, atrofiya, sonlu element analizi (SEM)

Аннотация

Məqalədə atrofiyaya uğramış tam dişsiz üst çənədə dental implantasiya üçün optimal üsul seçmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. “All-on-six” texnikasına görə yerləşdirilmiş fərqli uzunluq və bucaqlarda implantların ətrafındakı sümüklərə düşən stressin səviyyəsi “Sonlu element analizi” metodu (SEM) ilə qiymətləndirilmişdir. Üst çənəyə aid geometrik model yaratmaq üçün KT görüntülərindən istifadə edilmişdir. Kompüter yaddaşına yüklənən bilgilər “3D-Doctor” və “3D Complex Render” programları vasitəsilə sümük toxuması 3D model halına gətirilmişdir. Tədqiqat zamanı okklyuzial qüvvələr, diametri 1 sm olan yarımdairə formasında sərt qida parçasının orta nöqtəsinə perpendikulyar istiqamətdə 300 Nyuton həddində təzyiq edilmişdir. Çeynəmə təzyiqini təqlid etmək üçün sol arxa bölgədə 2- ci premolyar və 1-ci molyar dişlərin lokalizasiya sahələri arasına qida parçası yerləşdirilmişdir. Tədqiqat göstərmişdir ki, implantların 15 dərəcə bucaqla yerleşdikdə kortikal sümükdə yaranan stressor təsir 35%, 25 dərəcə bucaqla yerləşdikdə isə 50% azalır. Bu nəticələrin yekunu olaraq: atrofik çənələrdə “All-on-Six” implantasiya üsulundan istifadə zamanı, arxa bölgəyə implantların bucaq altında yerləşdirilməsi, qısa implantlara nisbətən daha məqsədəuyğun seçimdir.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Ağayev, D., Meybəlizadə, R., & Aydınlı, Ə.A. (2024). ATROFİYAYA UĞRAMIŞ ÇƏNƏLƏR ÜÇÜN DENTAL İMPLANTASİYA ÜSULUNUN SEÇİMİ. Azərbaycan Tibb Jurnalı, (2), 136–140. https://doi.org/10.34921/amj.2024.15.35.001

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT