ÖZ BOYU HÜNDÜRLÜYÜNDƏN SƏTH ÜZƏRİNƏ YIXILMALAR ZAMANI BAŞ VERƏN KƏLLƏ-BEYİN TRAVMALARININ XÜSUSİYYƏTLƏRİ

Авторы

  • G.Ə. Hüseynova Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.78.38.001

Ключевые слова:

“öz boyu hündürlüyündən” səth üzərinə yıxılma, kəllə-beyin travması, müştərək və təcrid olunmuş travmalar

Аннотация

Məqalədə insanın öz boyu hündürlüyündən səth üzərinə yıxılması zamanı baş verən kəllə-beyin travmalarının xüsusiyyətləri haqqında məlumat verilmişdir. Tədqiqat işi məhkəmə-tibbi ekspertiza materialları, sorğu və ibtidai istintaq məlumatlarının təhlili əsasında aparılmışdır. Ümumilikdə 118 nəfər (1 yaşdan 85 yaşa qədər) zərərçəkmiş şəxsin öz boyu hündürlüyündən səth üzərinə yıxılması halları araşdırılmışdır. Tədqiqat zamanı canlı şəxslərin və meyitlərin məhkəmə-tibbi ekspertizası, həmçinin xəsarətlərin hansı şəraitdə baş verməsi barədə hüquq-mühafizə orqanlarının və məhkəmə-tibb ekspertlərinin etibarlı arxiv məlumatlarından istifadə edilmişdir. Alınmış nəticələrin təhlili göstərir ki, bu və ya digər növ xəsarətlərin başvermə tezliyi, əsasən, «işlək» yaş qrupunda, yəni əmək qabiliyyəti olan 20-59 yaş arası şəxslərdə daim yüksək olaraq qalır. Arxası üstə yıxılma zamanı, toqquşma nöqtəsi ənsə sümüyünün ən qalın hissəsi olan xaçabənzər hündürlük nahiyəsinə düşdükdə təkcə arxa kəllə çüxurunda deyil, həm də orta və ön kəllə çuxurlarında çoxsaylı və massiv sınıqlar törənir. Üzüüstə önə yıxılma, əsasən, alın sümüyünün, kəllə əsasının, habelə burun və çənə sümüklərinin mümkün sınıqlarına gətirib çıxarır. Eyni zamanda passiv (təcilsiz) yıxılma zamanı, alın sümüyünün sınığı, bir qayda olaraq kəllənin üz hissəsində çatların əmələ gəlməsi ilə məhdudlaşır, eləcə də əng və ya almacıq sümüyünün təcridolunmuş sınıqları müşahidə edilir. Ən çox rast gəlinən təcrid olunmuş travmalar bədənin yan və ön səthləri üzərinə – öz boyu hündürlüyündən səth üzərinə yıxılmalar zamanı (58,41%)qeydə alınmışdır.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Hüseynova , G. (2024). ÖZ BOYU HÜNDÜRLÜYÜNDƏN SƏTH ÜZƏRİNƏ YIXILMALAR ZAMANI BAŞ VERƏN KƏLLƏ-BEYİN TRAVMALARININ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 125–130. https://doi.org/10.34921/amj.2024.78.38.001

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT