KƏLLƏ VƏ BOYUN DEFORMASİYASI OLAN XƏSTƏLƏRİN FƏRDİ-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ, PSİXOSOSİAL DEZADAPTASİYA, HƏYACANLANMA, DEPRESSİYA, STRESLƏ ƏLAQƏLİ POZUNTULAR VƏ ONLARIN KORREKSİYASI
DOI
https://doi.org/10.34921/amj.2024.82.87.001Açar sözlər
həyacanlanma, depressiya, streslə əlaqəli pozuntular, kəllə və boyun deformasiyaları, psixokorreksiyaXülasə
Məqalədə kəllə və boyunda defekt və deformasiyalara görə rekonstruktiv operativ müalicə alan xəstələrdə törənən psixososial dezadaptasiya, klinik psixopatoloji və parapsixoloji dəyişikliklərin kompleks psixokorreksiya sisteminin tətbiqinin effektivliyinin analizi təqdim edilmişdir. Tədqiqatın əsasını başında və boynunda defekt və deformasiyalar olan şəxslərin fərdi-psixoloji xüsusiyyətlərinin psixi vəziyyətinin, dezadaptasiya təzahürlərinin və sosial fəaliyyətinin öyrənilməsi təşkil etmişdir. Nevrotik, streslə əlaqəli pozuntuların diaqnostikası aparılmış, onlara əsaslanmaqla psixokorreksiya sistemi hazırlanmışdır. Müəyyənləşdirilmişdir ki, baş və boynun defekt və deformasiyalarına görə rekonstruktiv operasiyalar kursu keçən pasiyentlərə tətbiq edilən psixoterapevtik tədbirlər zamanı müalicəvi təsir sistem şəkilli, mərhələli və kompleks olmalıdır. Bu zaman bir neçə psixoterapiya üsulundan istifadə edilməli, pasiyentin klinikpsixopatoloji və psixoanamnestik xüsusiyyətlərindən asılı olaraq müalicə metodları diferensiasiyalı şəkildə seçilməli, həmçinin zədələnmənin xüsusiyyəti, operativ müdaxilələrin sayı, pasiyentin şəxsi reaksiyavermə xüsusiyyəti nəzərə alınmalı, psixoterapevtik təsir maksimal şəkildə fərdiləşdirilməlidir
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


