DÖYÜŞ TRAVMASI NƏTİCƏSİNDƏ QARIN BOŞLUĞU ORQANLARININ ZƏDƏLƏNMƏSİNİN DİAQNOSTİKASINDA ULTRASƏS, RENTGENOQRAFİYA VƏ KOMPÜTER TOMOQRAFİYASININ NƏTİCƏLƏRİNİN MÜQAYİSƏSİ
DOI
https://doi.org/10.34921/amj.2024.90.75.001Açar sözlər
ultrasonoqrafiya, rentgenoqrafiya, kompüter-tomoqrafiya, qarın boşluğu organlarının döyüş zədələnməsiXülasə
Məqalədə döyüş əməliyyatları zamanı qarın orqanlarının zədələnməsinin diaqnostikasında rentgenoqrafiyanın, ultrasəs müayinəsinin və kompüter tomoqrafiyasının nəticələri müqayisə edilib. Tədqiqata 63 xəstə cəlb edilmiş və ümumilikdə 107 zədələnmə qeydə alınmışdır. 13 xəstədə mədə, 39 nəfərdə nazik bağırsaq, 26 yaralıda yoğun bağırsaq, 13 nəfərdə qaraciyər, 3 xəstədə mədəaltı vəzi və 12 halda dalaq zədələnməsi qeydə alınıb. 29 (93,5±4,4%) halda rentgenoqrafiya, 27 (87,1±6,0%) ultrasəs müayinəsi, 30 (96,8±3,2%) halda KT müayinəsi zamanı pnevmoperitonium müəyyən edilib. Müvafiq olaraq 21 (45,7±7,3%), 31 (67,4±6,9%) və 43 (93,5±4,4%) xəstədə hemoperitoneum diaqnozu qoyulub. Ultrasəs və KT-nin (p<0,01), ultrasəs və rentgenoqrafiyanın (p<0,01), KT və rentgenoqrafiyanın (p<0,001) arasında statistik əhəmiyyətli fərqlər alınıb.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


