ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ QARACİYƏR FİBROZUNUN QEYRİ-İNVAZİV RADİODİAQNOSTİKASINA DAİR

Авторы

  • V.N. Nəcəfova Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.80.94.002

Ключевые слова:

qaraciyər fibrozu, şəkərli diabet, steatoz, biokimyəvi markerlər, elastoqrafiyа

Аннотация

Məqalədə şəkərli diabet fonunda inkişaf edən qaraciyər steatozu və fibrozu olan xəstələrin klinik, instrumental və laborator xüsusiyyətlərini müəyyən etməyə yönəlmiş tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqata şəkərli diabeti və qaraciyər piylənməsi olan 35-60 yaşlı 20 xəstə cəlb edilmiş və onlarda adi ultrasəs müayinəsinin nəticələrinə əsasən qaraciyərin piylənmə dərəcəcəsi müəyyən edilmişdir. Şəkərli diabet fonunda fibrozun diaqnostikasında mühüm faktorlar kimi müəyyən laborator parametrlər, o cümlədən dəqiq alaninaminotransferaza (ALT) və qələvi fosfataza (ALP) fermentlərinin tərəddüdləri araşdırılmışdır. Müəllifin fikrincə, qeyri-invaziv şüa diaqnostikası üsulu sayılan elastometriyadan istifadə edildikdə, qısa müddət ərzində qaraciyərin elastiklikliyinin təyini (kPA) və bununla da qaraciyər fibrozunun dərəcəsinin qiymətləndirməsi mümkün olmuşdur. Diabetli xəstələrdə klinik, instrumental və laborator tədqiqatların aparılması potensial səhv riskini aradan qaldırır və qaraciyərdə baş verən iltihabi və destruktiv dəyişiklikləri dəqiq qiymətləndirməyə imkan yaradır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-07-28

How to Cite

Nəcəfova, V. (2024). ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ QARACİYƏR FİBROZUNUN QEYRİ-İNVAZİV RADİODİAQNOSTİKASINA DAİR. Azərbaycan Tibb Jurnalı, (2), 97–103. https://doi.org/10.34921/amj.2024.80.94.002

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR