COVID-19 KEÇİRƏN GƏNC XƏSTƏLƏRDƏ MİOKARDIN YIĞILMA FUNKSİYASININ EXOKARDİOQRAFİK QİYMƏTLƏNDİRİLMƏSİ

Авторы

  • Y.Q. Nağıyev Bakı Mərkəzi Klinika
  • X.R. Abduləlimova Baku Medical Plaza

DOI:

https://doi.org/10.34921/amj.2024.72.83.001

Ключевые слова:

COVID-19, SARS-CoV-2, exokardioqrafiya

Аннотация

Məqalədə ürək-damar xəstəliyi (ÜDX) olmayan gənc şəxslərdə (18-44 yaş, orta hesabla 34,5±2,8 yaş) COVİD-19 keçirildikdən sonra exokardioqrafiya vasitəsilə ürəyin struktur-funksional dəyişikliklərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilir. Üç müşahidə qrupu yaradılıb: əsas qrupa ÜDX risk faktorları olan COVID-19-dan sağalmış 49 pasiyent; 1-ci kontrol qrupuna ÜDX risk faktorları olan SARS-CoV-2-yə yoluxmamış 39 şəxs; 2-ci kontrol qrupuna 29 sağlam könüllü daxil edilib. Exokardioqrafiya “Philips Matrix” ultrasəs skaneri (ABŞ) vasitəsilə, 1-5 MHz tezliyi olan S-5 ötürücünün istifadəsilə aparılmışdır. Müəyyən edilib ki, piylənmə, insulinə rezistentlik (İR) və prediabeti olan gənc pasiyentlərdə COVID-19-dan sağaldıqdan sonra sol mədəciyin pompa funksiyası uzun müddət dəyişkən qalır. COVID-19-un orta ağır forması olanlarda miokardın və perikardın iltihabının qalıq təsiri 6 ay ərzində davam edir. Əldə etdiyimiz məlumatlara görə, hər yeddinci gənc xəstədə SARS-CoV-2 ilə assosiasiya olunmuş viral miokardit/perikardit mitral qapağın prolapsı və/və ya atrial ritm pozulmaları törənir. Exokardioqrafik dəyişikliklərin dinamikada müşahidəsi göstərir ki, piylənmə, İR və arterial hipertenziyası olan gənc şəxslərin əksəriyyətində SARS-CoV-2-yə yoluxmadan və iltihab kaskadının işə düşməsindən 14-18 ay sonra kardiomiositlər proliferasiyaya uğrayır və miokard remodelləşməsi baş verir. Nəticədə ÜDX-nın risk faktoru olan şəxslərin təxminən üçdəbirində miokardın hipertrofiyası, preklinik disfunksiya və elektrik potensiallarının qeyri-homogenliyi inkişaf edir ki, bu da ürək-damar ağırlaşmaları riskini artırır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-07-28

How to Cite

Nağıyev, Y., & Abduləlimova, X. (2024). COVID-19 KEÇİRƏN GƏNC XƏSTƏLƏRDƏ MİOKARDIN YIĞILMA FUNKSİYASININ EXOKARDİOQRAFİK QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 90–96. https://doi.org/10.34921/amj.2024.72.83.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR