ÜRƏYİN SOL MƏDƏCİYİNİN ATIM FRAKSİYASI AZALMIŞ XƏSTƏLƏRDƏ REVASKULYARİZASİYANIN NƏTİCƏLƏRİNİN QABAQCADAN MİOKARDIN CANLILIĞININ TƏYİN EDİLMƏSİNDƏN ASILILIĞI

Авторы

  • Q.G. İmanov Azərbaycan Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2024.53.20.001

Ключевые слова:

ürəyin MRT müayinəsi, ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokardın canlılığı

Аннотация

Məqalədə ürəyin sol mədəciyinin atım fraksiyası azalmış xəstələrdə revaskulyarizasiyanın nəticələrinin miokardın canlılıq səviyyəsinin revaskulyarizasiyadan əvvəl müəyyənləşdirilməsindən asılılğını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata sol mədəciyin atım fraksiyası göstəricisi normadan az olan 416 xəstə daxil edilmişdir. Onlardan I qrupa daxil edilmiş 192 nəfərə gec kontrastlaşma ilə maqnit-rezonans tomoqrafiya müayinəsi aparılaraq miokardın canlılıq səviyyəsi müəyyənləşdirilmiş və yalnız bundan sonra ürək əzələsi revaskulyarizasiya edilmiş, 224 xəstənin daxil olduğu II qrupda isə revaskulyarizasiya miokardın canlılıq səviyyəsi müəyyənləşdirilmədən aparılmışdır. Tədqiqat göstərmişdir ki, hər iki qrupda sol mədəciyin sistolik funksiyası miokardın revaskulyarizasiya üsulunun aorta-koronar şuntlanma və ya perkutan koronar müdaxilə növündən asılı olmadan əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

İmanov, Q. (2024). ÜRƏYİN SOL MƏDƏCİYİNİN ATIM FRAKSİYASI AZALMIŞ XƏSTƏLƏRDƏ REVASKULYARİZASİYANIN NƏTİCƏLƏRİNİN QABAQCADAN MİOKARDIN CANLILIĞININ TƏYİN EDİLMƏSİNDƏN ASILILIĞI. Azərbaycan Tibb Jurnalı, (2), 77–83. https://doi.org/10.34921/amj.2024.53.20.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR