UŞAQLARDA PARODONT TOXUMALARININ İLTİHABİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ LOROBENİN EFFEKTİVLİYİ

Müəlliflər

  • E.Ə. İmanov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.32.10.001

Açar sözlər

kataral gingivit, xronik parodontit, loroben

Xülasə

Məqalədə parodont toxumalarının xəstəliklərinin müalicə və profilaktikası məqsədilə aparılan tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata xronik kataral gingivit (XKG) və yüngül dərəcəli xronik parodontit (YDXP) diaqnozlu 103 uşaq cəlb edilmişdir. Onlardan 67 nəfərdə xronik kataral gingivit, 36 nəfərdə yüngül dərəcəli xronik parodontit olmuşdur. Müalicə-profilaktik tədbirlərin nəticələri hər üç qrupda klinik müşahidələr və obyektiv sınaqlar (OHİ-S, PMA, Pİ əmsalları və SBİ indeksi) əsasında da qiymətləndirilmişdir. Bundan başqa, xəstələrdə parodontal ciblərin mikroflorası və yerli immunitet göstəricilərinin tədqiq edilmişdir. Klinik və laborator tədqiqatların nəticələri göstərmişdir ki, Loroben məhlulunun istifadəsi ilə aparılmış müalicə-profilaktika tədbirləri, xlorheksidin-biqlukonat məhlulu ilə aparılan müalicəyə nisbətən daha effektiv olmuş, yerli immunitet faktorlarının funksional fəallığı daha çox bərpa edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-07-28

Necə istinad edilir

İmanov, E. (2024). UŞAQLARDA PARODONT TOXUMALARININ İLTİHABİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ LOROBENİN EFFEKTİVLİYİ. Azərbaycan Tibb Jurnalı, (2), 72–76. https://doi.org/10.34921/amj.2024.32.10.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR