NEKROTİK ENTEROKOLİTİN СƏRRAHİ MÜALİCƏSİ ZAMANI BAĞIRSAQ DİVARINDA HİPOKSİYANIN SƏVİYYƏSİNİN YAXIN İNFRAQIRMIZI ŞÜA SPEKTROSKOPİYASI VASİTƏSİLƏ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Авторы

  • A.A. Musayev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2024.35.10.001

Ключевые слова:

vaxtından əvvəl yenidoğulmuşlar, nekrotik enterokolit, yaxın infraqırmızı spektroskopiya, bağırsaq divarı hipoksiyasının diaqnostikası

Аннотация

Məqalədə vaxtından əvvəl doğulmuş uşaqlarda (VƏYD) törənən nekrotik enterokolit nəticəsində bağırsaq divarında hipoksiyanın inkişaf səviyyəsinin müəyyənləşdirilməsində yaxın infraqırmızı spektrometrin (NIRS – near infrared spectroscopy) imkanlarını araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat nekrotik enterokolitə (NEK) şübhə olan və Bell təsnifatına görə 3A və 3B dərəcəli NEK diaqnozu təyin edilən, qarın divarında defekti olmayan vaxtından əvvəl doğulmuş 47 VƏYD uşaq(əsas qrup) və müqayisə qrupunda A1 dərəcəli NEK olan 28 vaxtından əvvəl doğulmuş uşaq daxil edilmişdir. NEK diaqnozu mümkün qədər gecikdirilmədən aparılan şüa-diaqnostika üsulları, obyektiv, kliniklaborator müayinələr əsasında qoyulmuşdur.Visseral toxumaların oksigenizasiya səviyyəsi neonatal başlıqlardan istifadə edilməklə yaxın infraqırmızı spektrometr INVOS 5100C vasitəsilə müəyyənləşdirilmişdir. Tədqiqat göstərmişdir ki, qarın boşluğunda toxumaların okisigenizasiyasının zəifləməsi və visseral toxumalarda oksigen ekstraksiyasının artması bağırsaq divarının nekrotik dəyişikliklərə uğramasına səbəb ola bilən dərin hipoksiya törədir, bu isə bağırsaq divarının ölümlə nəticələnə bilən perforasiyasına səbəb ola bilər. NİRS monitorinq vasitəsilə NEK-in ağır gedişli mərhələsini onun mülayim gedişli formalarından ilk 24-32 saat ərzində ayırd etmək mümkündür.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Musayev, A. (2024). NEKROTİK ENTEROKOLİTİN СƏRRAHİ MÜALİCƏSİ ZAMANI BAĞIRSAQ DİVARINDA HİPOKSİYANIN SƏVİYYƏSİNİN YAXIN İNFRAQIRMIZI ŞÜA SPEKTROSKOPİYASI VASİTƏSİLƏ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 47–52. https://doi.org/10.34921/amj.2024.35.10.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR