DİŞLƏRİN RADİKULYAR SİSTALARININ SPEKTRİ VƏ PAYLANMASI

Müəlliflər

  • K.C. Məmmədov Azərbaycan Tibb Universiteti
  • F.Y. Məmmədov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.26.62.002

Açar sözlər

odontogen sistalar, radikulyar sistalar, iltihabla əlaqəli sistalar

Xülasə

Məqalədə alt və üst çənələrdə odontogen radikulyar sistaların yayılmasının və lokalizasiyasının (çənə və ya çənə nahiyəsi) yaşdan və cinsiyyətdən asılılığını qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Retrospektiv tədqiqatı Almaniyanın Lüdviq Maksimilian Universitetinin klinikasında müalicə almış xəstələrin məlumatları təşkil edir. Tədqiq olunan 392 odontogen sistadan 227-nin radikulyar sista olduğu müəyyən edilmişdir. Yəni, radikulyar sistalar iltihabla əlaqəli odontogen sistaların ən çox yayılmış növü olmuşdur. Üstəlik, onlar daha çox hallarda alt çənə nahiyəsində aşkar edilmişdir. Araşdırma nəticəsində kişilərin qadınlara nisbətən radikulyar sistaların inkişafına daha çox meylli olduğu aşkar edilmişdir. Müxtəlif yaş qruplarından olan xəstələri müqayisə edərkən bəzi fərqlər də aşkar edilmişdir. Uşaqlarda radikulyar sistaların tezliyi və lokalizasiyası haqqında əldə edilmiş məlumatlar yetkin xəstələrin müvafiq göstəriciləri ilə müqayisə edilmişdir. Aydın olmuşdur ki həm uşaqlarda həm də yetkin pasiyentlərdə radikulyar sistalara alt çənə sümüyündə və xüsusilə alt çənənin kiçik azı dişləri nahiyəsində daha çox rast gəlinir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-07-28

Necə istinad edilir

Məmmədov, K., & Məmmədov, F. (2024). DİŞLƏRİN RADİKULYAR SİSTALARININ SPEKTRİ VƏ PAYLANMASI. Azərbaycan Tibb Jurnalı, (2), 35–39. https://doi.org/10.34921/amj.2024.26.62.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR