YENİDOĞULMUŞLARDA KƏLLƏDAXİLİ QEYRİ-TRAMVATİK QANSIZMALARIN ANTENATAL VƏ İNTRENATAL PREDİKTORLARI

Müəlliflər

  • A.K. Məmmədbəyli Azərbaycan Tibb Universiteti
  • Ü.Q. Mürsəlova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.41.94.001

Açar sözlər

yenidoğulmuşlar, doğuş travmaları, kəllədaxili qeyri-travmatik qanaxma, anemiya, dölyanı qişaların cırılması

Xülasə

Məqalədə yenidoğulmuşlarda bəzi antenatal (anemiya və dölün inkişafının qənaətbəxş olmaması) və intrenatal (dölyanı qişaların vaxtından əvvəl yırtılması) amillərin kəllədaxili qeyri-tramvatik qansızma (KDQTQ) riskini və təsirini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat işi prospektiv müşahidə yolu ilə Azərbaycan Respublikası Perinatal Mərkəzində aparılmış, ucdantutma 996 yenidoğulmuş kompleks nevroloji və neyrosonoqrafik müayinədən keçirilmişdir. Hər uşağın anasının sorğusu ilə antenatal dövr barədə məlumat toplanmış, doğuşun gedişi və yenidoğulmuşun vəziyyəti qiymətləndirilmişdir. Bu əlamətlərlə uşaqların toplumda xüsusi çəkisi (cəmə görə %) hesablanmış, fərqin statistik əhəmiyyəti χ² meyarı ilə müəyyən edilmişdir. Hestasion anemiyası, dölün antenetal inkişafının ləngiməsi və dölyanı qişaların vaxtından əvvəl yırtılması olan yenidoğulmuşlar bu əlamətlərin olmadığı yenidoğulmuşlar qrupundan doğuşun sıra sayına, hestasiya yaşına, bədən kütləsinə, abdominal yolla və çoxdöllü hamiləlikdən doğulmaya görə fərqlənirlər. Hestasion anemiyası və dölyanı qişaların vaxtından əvvəl yırtılması yenidoğulmuşlarda kəllədaxili qeyri-tramvatik qansızma riskini əhəmiyyətli dərəcədə çoxaltmır.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-07-28

Necə istinad edilir

Məmmədbəyli, A., & Mürsəlova, Ü.Q. (2024). YENİDOĞULMUŞLARDA KƏLLƏDAXİLİ QEYRİ-TRAMVATİK QANSIZMALARIN ANTENATAL VƏ İNTRENATAL PREDİKTORLARI. Azərbaycan Tibb Jurnalı, (2), 29–34. https://doi.org/10.34921/amj.2024.41.94.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR