DÖŞ QƏFƏSİNİN MÜŞTƏRƏK TRAVMALARININ DİAQNOSTİKASINDA MÜXTƏLİF ŞÜA MÜAYİNƏSİ ÜSULLARININ İNFORMATİVLİYİ

Авторы

  • G.Ş. Qasımzadə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI:

https://doi.org/10.34921/amj.2024.80.14.001

Ключевые слова:

ağciyər travmaları, qabırğa travmaları, rentgenoqrafiya, kompüter-tomoqrafiya

Аннотация

Qabırğaların və ağciyərlərin müştərək travmaları zamanı rentgenoqrafiya, USM və KT kimi şüa diaqnostikası metodlarının spesifikliyinin və həssaslığının müqayisəli təhlil edilməsi məqsədilə aparılan tədqiqat işinə müxtəlif döş qəfəsi travmlarına məruz qalan 455 (47,0%) xəstə cəlb edilmişdir. Kəmiyyət göstəriciləri SPSS-26 statistik paketində isbatlı təbabət üsulları və Kohenin K meyarı ilə dəyərləndirilmişdir. Tədqiqat göstərmişdir ki, müştərək ağciyər travmasının aşkarlanmasında rentgen müayinəsinin spesifikliyi 93,9%, həssaslığı 60,8%-dir. USM aparılan 22 xəstədən 21 nəfərdə ağciyər travması mövcud olmuşdur, 1 nəfərdə isə müəyyən edilməmişdir. USM əsasında bu xəstələrdən hamısında (100,0%) diaqnoz təsdiqlənmiş, ağciyər travması olmayan 1 (100,0%) xəstədə isə yalan pozitiv nəticə alınmışdır. Müəyyən edilmişdir ki, müştərək ağciyər travmasının aşkarlanmasında KT-nin həssaslığı 99,2%, spesifikliyi 86,7%, müştərək qabırğa travmasının diaqnostikasında rentgen müayinəsinin spesifikliyi 83,3%, həssaslığı 94,6%- dir, müştərək qabırğa travmasının diaqnostikasında KT-nin spesifikliyi 66,7%, həssaslığı isə 100,0% -dir. Beləliklə, qabırğa travmasının aşkarlanması məqsədilə aparılan hər iki müayinənin nəticələrinin müqayisəli analizi göstərdi ki, KT müayinəsi zamanı kappa əmsalı ən yüksək informativliyə malik olur. Alınan nəticələrdən məlum olmuşdur ki, müştərək ağciyər travmasının diaqnostikasında spesifikliyinə görə rentgen müayinəsi, həssaslığına görə KT müayinəsi, müştərək qabırğa travmasının diaqnostikasında spesifikliyinə görə rentgen müayinəsi, həssaslığına görə KT müayinəsi daha effektiv və informativ müayinə üsulu hesab edilə bilər.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Qasımzadə, G. (2024). DÖŞ QƏFƏSİNİN MÜŞTƏRƏK TRAVMALARININ DİAQNOSTİKASINDA MÜXTƏLİF ŞÜA MÜAYİNƏSİ ÜSULLARININ İNFORMATİVLİYİ. Azərbaycan Tibb Jurnalı, (2), 21–28. https://doi.org/10.34921/amj.2024.80.14.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR