PİLONİDAL SİNUSUN CƏRRAHİ MÜALİCƏSİNDƏ DOKSİSİKLİNLİ KOLLAGEN İSTİFADƏSİNİN EFFEKTİVLİYİ
DOI
https://doi.org/10.34921/amj.2024.81.97.001Açar sözlər
pilonidal sinus, Limberq loskutu, doksisiklin, kollagen süngərXülasə
Məqalədə pilonidal sinusun cərrahi müalicəsində doksisiklin hopdurulmuş kollagen süngərin rolunun effektivliyini müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.Tədqiqat 105 pilonidal sinuslu xəstədə aparılmışdır.54 xəstədə əməliyyat klassik üsulla (kontrol qrup), 51 xəstədə cərrahi əməliyyatdan sonra yara boşluğuna doksisiklin hopdurulmuş kollagen süngər yerləşdirməklə Limberq plastikası icra olundu (əsas qrup). Təklif edilmiş metodun mahiyyəti ondan ibarətdir ki, pilonidal sinusun ətrafı haşiyələnmiş şəkildə oma fassiyasına qədər kəsilib götürüldükdən sonra yaranmış boşluğa Doksisiklinli kollagen süngər yerləşdirilir və Limberq üsulu ilə dəri plastikası icra edilir. Əsas və nəzarət qrupunda olan xəstələrdə əməliyyatdan 1, 3 və 7 gün sonra müayinələrin, eləcə də laborator analizlərin nəticələri müqayisəli şəkildə təhlil edilmişdir. Əməliyyatdan sonra ağırlaşma əsas qrupla (7,8%) müqayisədə nəzarət qrupunda (11,1%) rastgəlmə tezliyi statistik dürüst dərəcədə çox olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


