HİSS DƏSTƏSİNİN SAĞ AYAQCIĞININ İDİOPATİK BLOKADASI OLAN UŞAQLARDA MƏDƏCİKLƏRİN GEC POTENSİALLARININ DƏYİŞMƏLƏRİNİN YAŞDAN ASILILIĞI

Авторы

  • A.Ə. Abdullayeva Azərbaycan Tibb Universitetinin Ailə Təbabəti kafedrası
  • İ.İ. İsayev Azərbaycan Tibb Universitetinin Ailə Təbabəti kafedrası
  • A.İ. Mustafayeva Azərbaycan Tibb Universitetinin Ailə Təbabəti kafedrası

DOI:

https://doi.org/10.34921/amj.2024.94.42.001

Ключевые слова:

mədəciklərin gec potensialları, ventrikulyar aritmiya, ürəyin depolyarizasiyası

Аннотация

Məqalədə Hiss dəstəsinin sağ ayaqcığının idiopatik blokadası (HDSAB) olan uşaqlarda mədəciklərin gec potensiallarının (MGP) parametrlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata cəlb edilmiş 127 uşaq 3 yaş qrupuna bölünmüşdür. Hər bir qrupda HDSAB olan əsas yarımqrup uşaqlar müvafiq yaşlı praktik sağlam olan kontrol yarımqrup uşaqlarla müqayisə edilmiştir. Bunlardan HDSAB olan  3-6 yaşlı 14 uşaq (7 oğlan, 7 qız) 1-ci qrupun əsas yarımqrupuna, eyni yaşlı 11 praktik sağlam uşaq isə kontrol yarımqrupuna daxil edilmişdir. HDSAB olan 7-11 yaşlı 34 uşaq (19 oğlan, 15 qız) 2-ci qrupun əsas yarımqrupuna, 11 praktik sağlam uşaq  isə kontrol yarımqrupuna daxil edilmişdir. HDSAB olan  12-17 yaşlı 43 uşaq (27 oğlan, 16 qız) 3-cü qrupun əsas yarımqrupuna, 14 praktik sağlam uşaq isə kontrol yarımqrupuna daxil edilmişdir. Bütün uşaqlarda MGP-nin aşağıdakı parametrləri öyrənilmişdir: TotORS (ms) — filtrasiyaya uğramış QRS kompleksinin davametmə müddəti, LAS40 (ms) — QRS kompleksinin sonunda 40 mkV-dən aşağı tezliklə filtrasiyaya  uğramış elektrik dalğaların davametmə müddəti, RMS40 (mkV) — filtrasiyaya uğramış QRS kompleksinin axırıncı 40 ms-lik müddəində orta kvadratik amplitudunu xarakterizə edən indeks və TotQRS / RMS40 nisbəti.

Hər 3 qrupda HDSAB olan uşaqlarda sağlam uşaqlarla müqayisədə mədəciklərin gec potensiallarının göstəricilərində müəyyən meyletmələr aşkarlanmışdır: HDSAB olan uşaqlarda miokardda elektrofizioloji olaraq qeyri-homogenlik səbəbindən MGP ocaqları aşkarlanır. Ventrikulyar depolyarizasiyanın qeyri-homogenliyinin müxtəlif yaş dövrlərində bu səpkidə nəzərə çarpması gələcəkdə hər hansı bir metabolik pozulmanın və patologiyanın qoşulması səbəbindən daha təhlükəli aritmiya riskinə meyl yaradır.

Downloads

Download data is not yet available.

Downloads

Опубликован

2024-07-28

How to Cite

Abdullayeva, A., İsayev, İ.İ., & Mustafayeva, A. (2024). HİSS DƏSTƏSİNİN SAĞ AYAQCIĞININ İDİOPATİK BLOKADASI OLAN UŞAQLARDA MƏDƏCİKLƏRİN GEC POTENSİALLARININ DƏYİŞMƏLƏRİNİN YAŞDAN ASILILIĞI. Azərbaycan Tibb Jurnalı, (2), 5–9. https://doi.org/10.34921/amj.2024.94.42.001

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR