AZƏRBAYCANIN QADIN ƏHALİSİNİN PELVİOMETRİK XÜSUSİYYƏTLƏRİ

Авторы

  • E.Ə. Xıdırov Azərbaycan Tibb Universitetinin
  • Ş.F. Qanbayeva Azərbaycan Tibb Universitetinin
  • N.N. İsayev Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.023

Ключевые слова:

qadın çanağı, pelviometriya, yaşla əlaqəli dəyişmələr

Аннотация

Məqalədə Azərbaycan əhalisinə aid qadın çanağının sümük preparatı üzərində pelviometrik əlamətlərin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının osteologiya muzeyinin kolleksiyasından götürülmüş 78 ədəd qadın çanağı üzərində tədqiqat aparılmışdır. Çanaq sümükləri dispersion analizin köməyi ilə pelviometrik müqayisə edilmişdir.
Tədqiqat göstərmişdir ki, qadın çanaqlarının 36-sı dar çanaq konfikurasiyasına uyğundur.
Aşkar olunmuşdur ki, yaş aspekti baxımından dar olmayan çanaqlar yüksək dəyişkənliklə xarakterizə edilir. Lakin dar olan çanaqlarda ölçülər həyat dövrü ərzində nisbi stabil olaraq qalır. Eyni zamanda müəyyən edilmişdir ki, dar çanaqlar arasında köndələn istiqamətdə daralmış olanlar digərləri ilə müqayisədə daha çox dəyişikliyə məruz qalır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Xıdırov, E., Qanbayeva, Ş.F., & İsayev, N. (2024). AZƏRBAYCANIN QADIN ƏHALİSİNİN PELVİOMETRİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 150–155. https://doi.org/10.34921/amj.2024.1.023

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT