EV QAZLARINDA BAŞ BEYNİN SƏRT QİŞASININ FORMALAŞMASINDA İŞTİRAK EDƏN HÜCEYRƏVİ VƏ FİBRİLYAR STRUKTURLARIN MİKROSKOPİK VƏ ULTRASTRUKTUR XÜSUSİYYƏTLƏRİ
DOI:
https://doi.org/10.34921/amj.2024.1.022Ключевые слова:
sərt qişa, sıx formalaşmamış birləşdirici toxuma, bioloji sədd, ultrastruktur, transmission elektron mikroskopАннотация
Məqalədə ev qazlarının baş beyninin sərt qişasının təşkilində iştirak edən hüceyrəvi və fibrilyar strukturların histoloji və ultramikroskopik elementlərini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Baş beyin qişalarından götürülmüş tikələrdən elektron mikroskopiyada qəbul olunmuş protokollar üzrə Araldit-Epon blokları, onlardan isə Leica EM UC7 ultratomunda (Almaniya) yarım- və ultranazik kəsiklər alınıb müvafiq olaraq işıq (Primo Star-Zeiss) və elektron (JEM-1400 – Yaponiya) mikroskoplarında baxılaraq şəkilləri çəkilmişdir. Əldə olunan məlumatlar göstərir ki, ev qazlarında baş beyninin sərt qişası formalaşmamış sıx birləşdirici toxumalar üçün xas olan hüceyrəvi və fibrilyar quruluşa malik strukturlardan ibarətdir. Tədqiqat işində əsas məqsəd ev qazlarında sərt qişanın hüdudi hüceyrəvi qatının bioloji sədd funksiyasına malik olub-olmadığına aydınlıq gətirmək olmuşdur. Ev qazlarının baş beyninin sərt qişasının sərhəd hüceyələrinin fasiləsiz qat əmələ gətirməməsi və hüceyrəvi elementlərinin yerşlədiyi nahiyədən asılı olmayaraq onlar arasında ultrastruktur olaraq sıx əlaqələrin aşkar edilməməsi təsvir edilən qişa səviyyəsində bioloji sədd (baryer) olmadığını söyləməyə əsas verir.
Downloads
Downloads
Опубликован
How to Cite
Выпуск
Раздел
License
Copyright (c) 2024 Azərbaycan Tibb Jurnalı
This work is licensed under a Creative Commons Attribution 4.0 International License.