QİDA ƏLAVƏLƏRİ KOMPLEKSİNİN KOQNİTİV FUNKSİYAYA VƏ ŞƏRTİ REFLEKSLƏRİN YARANMA SÜRƏTİNƏ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.021Açar sözlər
koqnitiv disfunksiya, qida əlavələri, natrium qlutamat, natrium nitrit, ponso 4 R, hərəkət tərzi reaksiyaları, şərti reflekslərXülasə
Məqalədə siçovullarda kimyəvi qida əlavələri kompleksinin (natrium qlutamat, natrium nitrat, ponso 4 R) müxtəlif müddətlərdə qəbul edildiyi şəraitdə hərəkət tərzinin dəyişikliklərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat zamanı laboratoriya şəraitində sıçovullara eksperimentlərin qruplarına müvafiq olaraq 1, 4, 8, 12, 16 və 20 həftə ərzində gündə 1 dəfə olmaqla kimyəvi qida əlavəsi kompleksi yeridilmişdir. Mürəkkəb quruluşlu labirint daxilində qida qəbuluna qarşı hərəkət tərzi refleksinin yaranmasına əsasən koqnitiv funksiyanın dəyişmələri qiymətləndirilmişdir.
Mürəkkəb quruluşlu labirint daxilində heyvanların hərəkət tərzinin qiymətləndirilməsi göstərmişdir ki, qida əlavələrinin yeridilməsinin ilk müddətlərində (8 həftəyə qədər) alınmış nəticələr müsbət baxımdan etibarlıdır (p<0,05). Eksperimental tədqiqatın 12-ci həftəsindən başlayaraq, öyrənilən parametrlər mənfi istiqamətə meyl etmişdir. Statistik etibarlı (p<0,05) dəyişikliklər isə eksperimental tədqiqatın başlanmasından sonrakı 20-ci həftədə müşahidə edilmişdir.
Aydın olmuşdur ki, qida əlavələri kompleksinin uzunmüddətli tədbiqi siçovullarda koqnotiv disfunksiyaya səbəb olur. Bu isə yaddaşın və təlim vərdişlərinin yaranmasının pozulması ilə təzahür edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


