BAKI MAŞINQAYIRMA ZAVODUNUN İŞÇİLƏRİNİN HƏYAT KEYFİYYƏTİ HAQQINDA

Авторы

  • C.Y. Salihova Azərbaycan Tibb Universitetinin https://orcid.org/0000-0002-3850-9510
  • R.H. Əliyeva Azərbaycan Tibb Universitetinin
  • S.A. Gürzəliyev Azərbaycan Tibb Universitetinin
  • M.Y. Nəbiyeva Azərbaycan Tibb Universitetinin
  • İ.İ. Mustafayeva Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.019

Ключевые слова:

həyat keyfiyyəti, peşə zərərləri, profilaktik tədbirlər

Аннотация

Məqalədə Bakı Maşınqayırma Zavodunda həyat keyfiyyətinin xüsusiyyətlərini araşdırmaq məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilir. SF-36 və NJ-QLQ-29 anketlərinə əsasən zavodun alət və qaz balonları hazırlanması sexlərində 170 işçi müayinədən keçirilib: səs-küy və vibrasiya ilə təmasda olanlar ̶ 68 nəfər, kimyəvi etiologiyalı zərərli amillərlə təmasda olanlar ̶ 52 nəfər və istehsalat təhlükəsi ilə təmasda olmayanlar ̶ 50 nəfər ( kontrol qrup ). Sorğuya cəlb edilən kontingent arasında həyat keyfiyyəti ümümilikdə bütün tədqiq edilənlərdən 81,75%-də normal səviyyədə olmuşdur, alət sexi işçilərindən isə yalnız 76,82%-ə həyat keyfiyyəti normal qiymətləndirilmişdir; qaz balonunun hazırlanması sexinin işçilərinin bu göstəricisi 83,21%-ə bərabərdir. “Psixi Sağlamlıq” şkalasının göstəriciləri baxımından bütün qruplarda işçilərin həyat keyfiyyəti orta dərəcədə azalmış, qruplar üzrə müxtəlif olaraq 67,03; 74,29; 70,52 bal təşkil etmişdir. Müəlliflər praktik həkimlərə işçilərin tibbi müayinəsini apararkən, sağlamlıq vəziyyətini qiymətləndirini və effektivliyini nəzərə alaraq, profilaktik tədbirlər kompleksi hazırlamaq və risk qrupunu ayırd etmək üçün SF-36 anketini daxil etməyi tövsiyə edir.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Salihova, C., Əliyeva, R., Gürzəliyev, S., Nəbiyeva, M., & Mustafayeva, İ.İ. (2024). BAKI MAŞINQAYIRMA ZAVODUNUN İŞÇİLƏRİNİN HƏYAT KEYFİYYƏTİ HAQQINDA. Azərbaycan Tibb Jurnalı, (1), 121–126. https://doi.org/10.34921/amj.2024.1.019

Выпуск

Раздел

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ