UŞAQLARDA KƏSKİN ÖVRƏNİN KLİNİK-ANAMNESTİK XÜSUSİYYƏTLƏRİ VƏ XƏSTƏLƏRİN AĞIZ BOŞLUĞUNDA SEKRETOR IgA SƏVİYYƏSİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.017Açar sözlər
kəskin övrə, uşaqlar, sekretor IgAXülasə
Məqalədə kəskin övrə diaqnozu qoyulmuş uşaqların klinik anamnestik xüsusiyyətlərinin öyrənilməsi və bu xəstəlik zamanı ağız boşluğunda sekretor IgA səviyyəsinin araşdırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Əsas tədqiqat qrupuna kəskin övrə diaqnozu qoyulmuş 80 uşaq, kontrol qrupa isə 20 praktik sağlam uşaq daxil edilmişdir . Tədqiqata cəlb edilmiş xəstə və sağlam uşaqların ağız suyundakı SIgA (sekretor IgA) – immunofermet analizi ( İFA) metodu ilə Medispec-6000 aparatında təyin edilmişdir. Tədqiqat göstərmişdir ki, kəskin övrə xəstəliyi diaqnozu ilə tədqiqata cəlb edilmiş uşaqlar arasında yaşı 3-dən 6-ya qədər olanlar üstünlük təşkil edirlər – 42 nəfər (52,5%). Etioloji amillər arasında qida allergenlərinin rolu daha böyükdür. Xəstələrin ağız boşluğunda SIgA səviyyəsi kontrol qrupdakına nisbətən 1,3 dəfə aşağı olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


