SOMATİK PATOLOGİYASI OLAN KİŞİLƏRDƏ EREKTİL DİSFUNKSİYANIN KLİNİK ƏLAMƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.014Açar sözlər
somatik patologiya, erektil disfunksiya, kardiovaskulyar xəstəliklərXülasə
Məqalədə somatik patologiyası olan kişilərdə erektil disfunksiyanin klinik əlamətlərinin xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə tədqiqata 2016-ci ildən 2020-ci ilə qədər erektil disfunksiya (ED) diaqnozu ilə müalicə almış, yaşı 25-dən 65-ə qədər olan 117 pasiyent cəlb edilmişdir. Pasiyentlər 2 qrupa bölünmüşdür: I qrup: venoz ED olan xəstələr - 75 kişi və II qrup: qarışıq venoz-arterial ED olan xəstələr - 42 kişi. Tədqiqat göstərmişdir ki, qruplar üzrə ED-nin xüsusiyyətləri arasında olan fərqlərdə hemodinamika pozulmalarının şiddəti arasında asılılıq vardır. Venoz mənşəli ED olan xəstələr qrupunda 45 pasiyentdə (60,0±5,7%) libido saxlanmışdır; qarışıq ED olan ikinci qrupda bu göstərici 1,48 dəfə aşağı olmuş və 40,5±7,6% (17 xəstə) təşkil etmişdir. I qrupda libidonun zəifləməsi 21 xəstədə (28,0±5,2%); II qrupda - 16 pasiyentdə (38,1±7,5%) qeydə alınmışdır. Cinsi həvəsin olmamağına hər bir qrupda 9 nəfərdə rast gəlinmişdir. Bu isə birinci qrup üzrə 12,0±3,8%, II qrup üzrə 21,4±6,2% təşkil etmişdir (yəni II qrupda birinciyə nisbətən 1,78 dəfə çox olmuşdur). Xəstələrdə erektil funksiyanın tükənməsinin ağır formaları üstünlük təşkil etmişdir; friksiya zamanı ereksiyanın zəifləməsi və ya yox olması I qrupda xəstələrin 61,3±5,6%-də, II qrupda isə 42,9±7,6%-də qeydə alınmışdır. Ereksiyanın tamamilə olmaması yalnız II qrupda olan xəstələrdə (8 nəfər, 19,0±6,1%) qeydə alınmışdır. Yalnız I qrupda 17 pasiyentdə (22,7±4,9%) və II qrupda 12 xəstədə (28,6±7,0%) introeksiya ilə bərabər, zəifləmiş ereksiyalar müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


