METABOLİK SİNDROM FONUNDA PİYLƏNMƏNİN ORLİSTATLA MÜALİCƏSİNİN EFFEKTİVLİYİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.013Açar sözlər
metabolik sindrom, 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, həyat tərzinin modifikasiyasıXülasə
Məqalədə metabolik sindrom (MS) fonunda piylənmənin orlistatla müalicəsinin effektivliyini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilir. Tədqiqata Şəki RMX və “Alyans” klinikasında müalicə olunan 30-60 yaşlarında 257 nəfər MS qeyd edilən xəstə daxil edilmişdir. MS-li xəstələrdə həyat tərzinin modifikasiyası (HTM) vasitəsilə müalicənin orlistat preparatı ilə monoterapiyanın və kombinə olunmuş müalicənin effektliliyi öyrənilmişdir. Tədqiqat göstərmişdir ki, MS fonunda piylənmənin orlistatla aparılan müalicəsi nəticəsində xəstələrin 56,1- 60,2%-də bədən kütləsi 5%-dən 10%-ə qədər, 25,2- 28,4%-də isə 10%-dən artıq itirilir. Orlistat və HTM ilə birgə aparılan terapiya MS və ŞD2-li xəstələrin əksəriyyətində ÜDX risk amillərinin azalmasına və həyat keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


