ÜST ÇƏNƏNİN BİOMEXANİKİ SİSTEMİNİN GƏRGİNLƏŞMƏ-DEFORMASİYA VƏZİYYƏTİ VƏ ONUN TRAVMA ZAMANI DİŞLƏRİN İMMOBİLİZASİYASINA TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.011Açar sözlər
dişlərin travması, gərginləşdirici-deformasiyaedici vəziyyət, biomexaniki sistem, üst çənə, şinləşdirici konstruksiyaXülasə
Məqalədə həyəcanlanma-deformasiya vəziyyətində üst çənənin diş sırasının şinləşdirilmiş konstruksiya ilə fiksasiyasının biomexaniki sistemini (BS) piyazi modelləşdirmə üsulu ilə öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Tədqiqat zamanı 369 uşağın xəstəlik tarixlərinin retrospektiv analizi aparılmışdır. Xəstə uşaqlar 2020-2022-ci illər ərzində 7 №-li travmatoloji məntəqəyə müraciət edənlər arasından seçilmişdir. Dişlərin müxtəlif növ travmalarının rentgenoqrafiya, ortopantomoqrafiya, konus-şüalı kompüter-tomoqrafiya nəticələri təhlil edilmişdir. CATİA tədqiqat paketinin CAD cöstəriciləri üzrə üst çənənin dişlərlə birgə üçölçülü sərt modelləri hazırlanaraq tədqiq edilmişdir.
Üst çənənin diş sırası ilə birgə şinləşdirilmiş konstruksiyasının biomexaniki sisteminin 3 imitasion modeli hazırlanaraq gərginləşdirici-deformasiyaedici vəziyyət modelləşdirilmişdir.
Tədqiqat göstərmişdir ki, BS-nin birinci modelinin yerdəyişmə və gərginlinin səviyyəsi ikinci və üçüncü sistemlərlə müqayisədə daha aşağı olur. Bu, birinci modelin daha optimal olduğunu göstərir. İmmobilizasiya üçün daha əlverişli şərait yaratmaqdan ötrü diş köklərinin formalaşma dərəcəsi, dişlər arasında kontaktın vəziyyəti, travmaya məruz qalmış dişlərə və sümüyə düşən yükün fizioloji yayılmasının şinləşdirici sistemə ən azı iki stabil dişin (travmalı dişlər nəzərə alınmadan) daxil olmasının lazım gəldiyi nəzərə alınmalıdır. Mərkəzi kəsici dişlərə daha çox yük düşdüyünə görə travmaların müalicəsi zamanı onların dişləmə prosesində iştirakdan kənarlaşdırılmasına ehtiyac yaranır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


