ANOREKTAL MALFORMASİYANIN MÜALİCƏ TAKTİKASININ SEÇİLMƏSİ

Авторы

  • M.U. İsmayılov Azərbaycan Tibb Universitetinin
  • R.Ş. Poluxov Azərbaycan Tibb Universitetinin
  • İ.V. Poddubnı A.İ.Yevdokimov adına Moskva Tibbi-Stomatologiya Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.010

Ключевые слова:

anorektal malformasiya, rektouretral fistul, rektovezikal fistul, ileoanal anastomoz, qoruyucu stoma

Аннотация

Məqalədə uşaq cərrahiyyəsi şöbələrində 2010-cu ildən 2022-ci ilə qədər (12 illik müddətə) müxtəlif növ anorektal malformasiyası (ARM) olan 120 uşağın xəstəlik tarixi təhlilinin nəticələri verilmişdir. Təqdim olunan iş 2010-cu ildən bəri perspektiv müayinəsi aparılaraq əsas göstəriciləri tamamlanan kohort retrospektiv elmi-tədqiqat işidir. ARM üçün cərrahi müalicə planlı şəkildə həyata keçirilib, çünki buna qədər bütün uşaqlara doğulduqları ərazilərdə ilkin olaraq müxtəlif növ stomalar tətbiq edilib. Laparoskopik (80 xəstədə) və “açıq” üsullardan (40 uşaqda) istifadə etməklə bəzi yüksək ARM növlərinin radikal laparoskopik korreksiya üsulları onların müalicəsinə tamamilə universal bir yanaşmadır və əməliyyatın bütün zəruri mərhələlərini ümumi qəbul edilən, “açıq” üsullardan aşağı olmayan keyfiyyət və etibarlılıqla yerinə yetirməyə imkan verir. Alınan anatomik və funksional nəticələr müqayisəli qrupdakı nəticələrdən geri qalmır. Həmçinin qeyd edək ki, laparoskopik əməliyyatlar açıq əməliyyatlara nisbətən bir sıra üstünlüklərə – aparılan müdaxilələrin travmatikliyini azaltması, əməliyyatdan sonrakı erkən ağırlaşmalar (p<0,05), reabilitasiya və bərpa müddətinin azaldılması, həmçinin mövcud müştərək inkişaf anomaliyaları üçün eyni vaxtda müdaxilələr etmək imkanına malikdir.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

İsmayılov, M., Poluxov, R., & Poddubnı, İ.V. (2024). ANOREKTAL MALFORMASİYANIN MÜALİCƏ TAKTİKASININ SEÇİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 62–69. https://doi.org/10.34921/amj.2024.1.010

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR