YETKİNLİK YAŞINDA OLAN ŞƏXSLƏRDƏ QIZILCANIN KLİNİK XÜSUSİYYƏTLƏRİ

Авторы

  • C.P. İsayev Azərbaycan Tibb Universitetinin
  • G.X. İbrahimova Azərbaycan Tibb Universitetinin
  • S.İ. Əhmədova Azərbaycan Tibb Universitetinin
  • V.N. Cavadzadə Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.009

Ключевые слова:

qızılca, Koplik ləkələri, hepatomeqaliya, vaksinasiya

Аннотация

Məqalədə yetkin yaşlı insanlarda qızılcanın epidemioloji, klinik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılan elmi araşdırmanın nəticələri haqqında məlumat verilir. Araşdırmaya qızılca ilə xəstələnmiş yaşı 18-45 arasında olan 28 xəstənin materialları daxil edilmişdir. Xəstələrin yaş strukturunun təhlili göstərmişdir ki, yoluxanların əksəriyyətinin (71,4%) yaşı 18-30 arasında olmuşdur. 31-41 yaşlarda olan xəstələr 21,4%, 42 və daha yxarı yaşlılar isə cəmi 7,1% təşkil etmişlər. Xəstəlik 85,7% hallarda orta ağır, 14,3% xəstədə isə ağır formada özünü göstərmişdir. Xəstələr arasında qızılcaya qarşı peyvənd edilməyənlər və peyvənd statusu naməlum olan şəxslər daha çox olmuşlar, onlar xəstələrin 78,6%-ni əhatə etmişdir. Peyvənd edilməmiş insanların olması, əhalinin yüksək miqrasiya və turistik fəallığı xəstəliyin həm lokal, həm də xaricdən gətirilmə hallarının artmasına və yayılmasına şərait yaratmışdır. Xəstələrin 21,4%-də patoqnomonik simptomun – Koplik ləkələrinin olmaması, 85,7%-də transaminazaların fəallığının artması və 42,9%-də hepatomeqaliya, xəstəliyin erkən mərhələsində – kataral əlamətlər dövründə 25% hallarda diareya sindromunun inkişafı müşahidə edilmişdir. Müasir dövrdə xəstəliyin atipik formalarına daha tez-tez rast gəlinir ki, bu da xəstəliyin diaqnozunun vaxtında – xəstəxanayaqədərki müddətdə qoyulmasını çətinləşdirir. Belə ki, bu mərhələdə "qızılca" diaqnozu xəstələrin yalnız 25%-də müəyyən edilmişdir. Göstərilənlər isə antibakterial maddələrin əsassız təyin edilməsinə və epidemiya əleyhinə tədbirlərin vaxtında aparılmamasına şərait yaradan faktorlar hesab edilir.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

İsayev, C., İbrahimova, G., Əhmədova, S., & Cavadzadə, V. (2024). YETKİNLİK YAŞINDA OLAN ŞƏXSLƏRDƏ QIZILCANIN KLİNİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 56–61. https://doi.org/10.34921/amj.2024.1.009

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR