UŞAQLARDA İNFEKSİON EKZANTEMALAR: PARVOVİRUS İNFEKSİYASI

Авторы

  • G.X. İbrahimova Azərbaycan Tibb Universitetinin
  • S.İ. Əhmədova Azərbaycan Tibb Universitetinin
  • S.B. Məmmədov Azərbaycan Tibb Universitetinin
  • X.Ə. Əhmədzadə Azərbaycan Tibb Universitetinin
  • G.V. İbrahimova Azərbaycan Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2024.1.008

Ключевые слова:

uşaqlarda ekzantemalar, parvovirus B19 infeksiyası, diferensial diaqnostika

Аннотация

Məqalədə eksantema ilə gedən əsas uşaqlıq dövrü infeksiyalarından bəhs edilir. Uşaqlarda ekzantemalı xəstəliklərin, o cümlədən parvovirus infeksiyasının etiologiyasına, epidemiologiyasına, klinik təzahürlərinə və diferensial diaqnostikasına dair müasir məlumatlar təqdim edilir. Ekzantemalı xəstəliklərin əksəriyyətinin yüksək yoluxuculuğunu nəzərə alaraq, habelə onların sosial əhəmiyyətinə görə bu xəstəliklərin gedişatının klinik xüsusiyyətlərini bilmək xüsusi əhəmiyyət kəsb edir. Ekzantemanın diferensial diaqnostikası xəstənin ilkin müayinəsi zamanı aparılır və bu müayinə ekzantemalı xəstənin erkən aşkar olunmasına yönəldilir. Parvovirus infeksiyası (PV B19) vacib, lakin hələ də zəif başa düşülən problemdir. Onun klinik təzahürləri müxtəlifdir, bu da digər virus infeksiyaları ilə diferensial diaqnostika tələb edir. 5 və 8 yaşlı 2 oğlan uşağında parvovirus B19 infeksiyasının klinik halları infeksion eritema və “əlcək və corab” sindromu şəklində baş vermişdir. Bu infeksiya üçün ekzantema – yanaqlarda eritema, simmetrik, "torşəkilli", makulopapulyoz, bəzən hemorragik səpgilər xarakterik idi, biləklərdə və topuqlarda 3 həftə davam edən səpgi piqmentasiya və soyulma ilə başa çatdı. Tədqiqatda laborator müayinə üsullarından istifadə məsələləri, infeksiyanın müalicə və profilaktika məsələləri nəzərdən keçirilmişdır.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

İbrahimova, G., Əhmədova, S., Məmmədov, S., Əhmədzadə, X., & İbrahimova, G. (2024). UŞAQLARDA İNFEKSİON EKZANTEMALAR: PARVOVİRUS İNFEKSİYASI. Azərbaycan Tibb Jurnalı, (1), 49–55. https://doi.org/10.34921/amj.2024.1.008

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR