DODAQ VƏ DAMAĞIN ANADANGƏLMƏ BİRTƏRƏFLİ YARIĞI OLAN UŞAQLARDA DİŞ-ÇƏNƏ ANOMALİYALARININ VƏ DEFORMASİYALARININ STRUKTURU

Авторы

  • V.V. Filonenko A.A.Boqomolets adına Milli Tibb Universiteti
  • A.A. Kanyura A.A.Boqomolets adına Milli Tibb Universiteti
  • V.A. Sokolovski Flash Smil Tibb Mərkəzi

DOI:

https://doi.org/10.34921/amj.2024.1.006

Ключевые слова:

dodaq və damaq yarığı, köndələn müstəvidə üz-çənə deformasiyaları, sagittal müstəvidə üz-çənə deformasiyaları

Аннотация

Dodaq və damağın birtərəfli anadangəlmə yarıqları olan uşaqlarda diş-çənə anomaliyalarının strukturunu öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Tədqiqata yaşı 5-dən 14-ə qədər olan 137 xəstə uşaq cəlb edilmişdir. Bütün tədqiq edilənlərin məlumatlarını təhlil edərkən diş-çənə anomaliyalarının və deformasiyalarının komponentləri üzrə bir neçə simptomokompleks müəyyənləşdirilmişdir. Prioritet təşkil edən komponent olaraq, köndələn və boylama müstəvilər üzrə deformasiyalar ayırd edilmişdir. Tədqiq edilən simptomokompleksin 5 komponenti ayırd edilmişdir ki, onlar da oğlan və qızlardan ibarət qruplarda bir-birindən statistik etibarlı olaraq fərqlənmişdir. Deformasiyaların 3 qrupu ayırd edilmişdir: köndələn səth üzrə, boylama səth üzrə, köndələn və boylama səthlər üzrə olan deformasiyalar. Bu deformasiyalar yarıq sahələrində diş qövslərinin və alveolyar çıxıntıların qüsurları ilə bu sahələrdə dişlərin çıxmasının qüsurları ilə, orta xəttin yerdəyişməsi ilə, dişlərin formalarının, sayının və yerləşməsinin anomaliyaları ilə ağırlaşa bilər. Müəlliflərin fikrincə, diş-çənə anomaliyalarının strukturunun öyrənilməsi profilaktika tədbirlərinin həcmini müəyyənləşdirməyə, ixtisaslaşdırılmış mərhələli çoxprofilli yardımın təşkilinə kömək edə bilər, fərdi şəkildə dinamik təsiretmə vasitəsilə yeni diaqnostika və müalicə metodlarının hazırlanmasına şərait yarada bilər.

Downloads

Download data is not yet available.

Опубликован

2024-03-28

How to Cite

Filonenko, V., Kanyura, A., & Sokolovski, V. (2024). DODAQ VƏ DAMAĞIN ANADANGƏLMƏ BİRTƏRƏFLİ YARIĞI OLAN UŞAQLARDA DİŞ-ÇƏNƏ ANOMALİYALARININ VƏ DEFORMASİYALARININ STRUKTURU. Azərbaycan Tibb Jurnalı, (1), 39–44. https://doi.org/10.34921/amj.2024.1.006

Выпуск

Раздел

KLİNİK TƏDQİQATLAR