AZƏRBAYCANIN ŞƏHƏR VƏ KƏND YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ DAĞINIQ SKLEROZ XƏSTƏLİYİNİN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • R.R. Əliyev Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2024.1.005

Açar sözlər

dağınıq skleroz, yaşayış yeri, klinik gediş, letallıq

Xülasə

Məqalədə yaşayış yerləri nəzərə alınmaqla dağınıq sklerozlu (DS) xəstələrin xarakteristikasını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində xüsusi ekspert komissiyası tərəfindən 10 il (01.01.2013-31.12.2022) ərzində DS diaqnozu qoyulmuş və ya diaqnozu təkrar olaraq təsdiqlənmiş 1796 xəstə müayinə edilmiş və tibbi sənədləri araşdırılmışdır. Xəstələrdə xəstəliyin ehtimal olunan birinci həmlələri həm şəhər (41,3±1,4%), həm də kənd (41,2±2,0%) yaşayış yerlərində daha çox 20-29 yaş arasında rast gəlinmişdir. Birinci həmlələr zamanı orta yaş 29,7±0,2 (şəhər yerlərində 29,6±0,3 yaş; kənd yerlərində 29,7±0,3 yaş) olmuşdur. Xəstəliyin klinik gedişinə görə tiplərindən residivverən DS-ə daha çox kənd yerlərində xəstələrin ümumi sayından - 80,3±1,6% və şəhər yerlərində -76,5±1,2% – rast gəlinmişdir. Şəhər sakinləri arasında letallıq 2,2±0,4%, kənd sakinləri arasında 2,8±0,7% təşkil etmişdir. Xəstələrin yaşayış yerinə görə letallıq müqayisə edilərkən statistik etibarlı fərq aşkarlanmamışdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-03-28

Necə istinad edilir

Əliyev, R. (2024). AZƏRBAYCANIN ŞƏHƏR VƏ KƏND YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ DAĞINIQ SKLEROZ XƏSTƏLİYİNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 31–38. https://doi.org/10.34921/amj.2024.1.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR