ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ İLƏ ƏLAQƏLİ XRONİK ÜRƏK ÇATIŞMAZLIĞI ZAMANI ÜRƏK RİTMİ POZULMALARININ DİNAMİKASININ KEÇİRİLMİŞ MİOKARD İNFARKTI VƏ CƏRRAHİ REVASKYLYARİZASİYA İLƏ QARŞILIQLI ƏLAQƏSİ
DOI
https://doi.org/10.34921/amj.2024.1.003Açar sözlər
xronik ürək çatışmazlığı, ürək işemiyası, ürək ritminin pozulması, miokardın revaskulyarizasiyasıXülasə
Məqalədə ürəyin işemik xəstəliyi ilə əlaqəli xronik ürək çatışmazlığı olan xəstələrdə miokardın cərrahi revaskulyarizasiyasından əvvəl və sonra aşkar edilmiş ürək ritmi pozulmalarını müqayisəli təhlil etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Ürəyin işemik xəstəliyi ilə əlaqəli II-III funksional sinif xronik ürək çatışmazlığı olan 120 xəstə müayinə edilib. Klinik qiymətləndirməyə antropometrik məlumatların təsviri, klinik gedişat, laborator və instrumental müayinə üsullarından alınan məlumatlar, o cümlədən Holter elektrokardioqrafiya monitorinqi daxildir.
Ürək ritminin pozulmasının yaranmasına və ya irəliləməsinə səbəb olan amillər kimi iki dəyişən – a) əvvəl miokard infarktının olması, – b) aorta-koronar şuntlama əməliyyatı və koronar arteriyaların stentlənməsi ilə angioplastika - təhlil edilmişdir. Ürək ritminin pozulmasının baş verməsində infarktdan sonrakı kardiosklerozun, müstəqil bir amil kimi iştirak etdiyi müəyyən edilmişdir: aorta-koronar şuntlama əməliyyatı və koronar arteriyaların stentlənməsi ilə angioplastikadan istifadə edilməklə aparılan revaskulyarizasiyanın ürəyin ritm pozulmalarının azalmasına şərait yaratdığı aşkar edilmişdir.
Tədqiqatın nəticələri xronik ürək çatışmazlığı olan xəstələrdə ürək ritminin pozulmasının əmələ gəlməsinə və irəliləməsinə ürək əzələsində miokard infarktının səbəb olduğu struktur dəyişikliklərinin və elektromexaniki qeyri-sabitliyin əsas amillər olduğunu göstərir. Aorta-koronar şuntlama əməliyyatı və/və ya koronar arteriyaların stentlənməsi ilə angioplastikanın istifadə edlməsilə aparılan revaskulyarizasiyanın ürək ritmi pozulmasının ifadəlilik dərəcəsini uzun müddət ərzində azaltdığı sübut edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


