NƏHƏNGHÜCEYRƏLİ QRANULOMANIN MİNİMAL İNVAZİV MÜALİCƏSİ: KLİNİK MÜŞAHİDƏ

Авторы

DOI:

https://doi.org/10.34921/amj.2024.59.76.001

Ключевые слова:

nəhənghüceyrəli qranuloma, minimal invaziv müalicə, hemimandibulektomiya

Аннотация

Məqalədə müəlliflərin 73 yaşlı xəstə qadında müşahidə etdikləri nəhənghüceyrəli qranuloma xəstəliyi haqqında məlumat verilmişdir. Bu tip şişlərə adətən uşaqların və gənclərin çənəsində daha çox rast gəlinir. Mərkəzi nəhənghüceyrəli qranulomanın klinik və radioloji xüsusiyyətlərinə görə aqressiv və qeyri-aqressiv növləri vardır. Müəlliflərin müşahidəsi altında olan 73 yaşlı xəstə qadın alt çənənin sol retromolyar sahəsində törənən şişə görə klinikaya müraciət etmişdir. Xəstənin çənəsində iri və yumşaq şiş müşahidə edilmişdir. Aşkar radioloji əlamət olmasa da, sümüyün zədələnməsi və hərəkətin itirilməsi müşahidə edilmişdir. Bir neçə dişi çıxarılmış xəstə illər ərzində protezdən istifadə etməmişdir. Klinikaya daxil olandan əvvəl başqa bir xəstəxananın qulaq, burun, boğaz şöbəsində xəstəyə hemimandibulektomiya təklif edilmişdir. Xəstəxananın cərrahi bölümündə müayinədən sonra xəstəyə sadəcə şiş toxumasının eksiziyası etmək məqbul hesab edilmişdir. Əməliyyatdan sonra çıxarılan materialın patomorfoloji analizi zamanı nəhənghüceyrəli qranuloma diaqnozu qoyulmuşdur. Sonrakı yoxlamalar zamanı əməliyyat sahəsində paresteziyanın olmadığı müşahidə edilmiş və xəstəliyin residivləşməsi baş verməmişdir.

Downloads

Download data is not yet available.

Author Biographies

Xhini Rizaj, Albaniya Universiteti

Albanian University, Faculty of Medical Sciences, Department of Stomatology, Zogu I Blvd, Tirana 1001, xh.rizaj@au.edu.al

Erda Qorri, Albaniya Universiteti

Albanian University, Faculty of Medical Sciences, Department of Stomatology, Zogu I Blvd, Tirana 1001, e.qorri@albanianuniversity.edu.al

Mustafa Can Akar, İzmir Katip Çelebi Universiteti

Researcher, Izmir Katip Çelebi University, Faculty of Dentistry,Department of Oral and Maxillofacial Surgery; Aydınlıkevler, Aydınlıkevler Cemil Meriç Bulvarı, 6780. Sk. No: 48, 35640 Çiğli/İzmir, Türkiye

Downloads

Опубликован

2024-07-28

How to Cite

Berdeli, E., Rizaj, X., Qorri, E., & Akar, M. C. (2024). NƏHƏNGHÜCEYRƏLİ QRANULOMANIN MİNİMAL İNVAZİV MÜALİCƏSİ: KLİNİK MÜŞAHİDƏ. Azərbaycan Tibb Jurnalı, (2), 192–195. https://doi.org/10.34921/amj.2024.59.76.001

Выпуск

Раздел

KLİNİK PRAKTİKADAN MƏLUMAT