АORTAL STENOZU OLAN YENİDOĞULMUŞLARIN MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ

Müəlliflər

  • E.Ə. İmanov N.N.Amosov adına Ukrayna Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutu
  • Y.P. Truba N.N.Amosov adına Ukrayna Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutu
  • A.İ. Pliska N.P.Draqomanova adına Ukrayna Milli Pedaqoji Universiteti
  • V.V. Lazorişines N.N.Amosov adına Ukrayna Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2022.1.008

Açar sözlər

kritik aortal stenoz, cərrahi aortal valvuloplastika, ballon valvuloplastika, yenidoğulmuşlar

Xülasə

Aortal stenoz (AS) olan yenidoğulmuşların cərrahi müalicəsinin və balon valvuloplastika (BV) təcrübəsinin təhlili məqsədilə 2006-2018-ci illərdə N.N. Amosov adına Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutuna daxil olan 58 yenidoğulmuşun materialı tədqiq edilmişdir. Xəstələr 2 qrupa ayrılmışlar. I qrupda 47 (81%) xəstəyə AS-nin rentgenendovaskulyar BV-si, II qrup xəstələrdə cərrahi müalicə aparılmışdır (11 xəstə). Balon valvuloplastika I qrup xəstələrdə aorta qapağının (AV) qradiyentinin əhəmiyyətli dərəcədə azalmasına və sol mədəciyin atım fraksiyasının artmasına səbəb olmuşdur. Hər iki halda yenidoğulmuşlarda AS-nin müalicəsi birbaşa yaxşı nəticələrlə müşayiət edilmişdir. Eyni zamanda aydın olmuşdur ki, BV ağır ürək çatışmazlığı əlamətləri olan xəstələrdə cərrahi müalicəyə mümkün alternativ kimi tətbiq edilə bilər, lakin zaman keçdikcə bu metodla müalicə edilənlərdə aorta qapağının çatışmazlığı artmağa meyl edir. BV edilən xəstələrin stasionar müalicədə qalma müddəti cərrahi valvuloplastika ilə müqayisədə iki dəfə artıqdır ki, bu da müalicənin iqtisadi xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

İmanov, E., Truba, Y., Pliska, A., & Lazorişines, V. (2022). АORTAL STENOZU OLAN YENİDOĞULMUŞLARIN MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 52–57. https://doi.org/10.34921/amj.2022.1.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR