ALIN CİBLƏRİ ARAKƏSMƏSİNİN SELİKLİ QİŞASINDA OLAN VƏZİLƏRİN İMMUNOHİSTOKİMYƏVİ XARAKTERİSTİKASI

Авторы

  • O.M. Pronina Poltava Dövlət Tibb Universiteti
  • S.M. Bilaş Poltava Dövlət Tibb Universiteti
  • M.M. Koptev Poltava Dövlət Tibb Universiteti
  • A.V. Piroq-Zakaznikova Poltava Dövlət Tibb Universiteti
  • B.S. Kononov Poltava Dövlət Tibb Universiteti
  • Ya.O. Olinichenko Poltava Dövlət Tibb Universiteti
  • S.V. Donçenko Poltava Dövlət Tibb Universiteti
  • V.V. Oleksienko Poltava Dövlət Tibb Universiteti
  • O.V. Mamay Poltava Dövlət Tibb Universiteti

DOI:

https://doi.org/10.34921/amj.2023.4.019

Ключевые слова:

alın payı ciblərinin arakəsməsi, selikli qişa, immunhistokimyəvi analiz

Аннотация

Məqalədə alın payı cibləri arakəsmələrinin selikli qişasında olan vəzilərin immunohistokimyəvi xarakteristikasını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Tədqiqat 30 yaşla 87 yaş arasında vəfat etmiş 52 şəxsin meyitindən əldə edilmiş preparatlar üzərində aparılmışdır. Bu məqsədlə 52 nəfərin alın payı ciblərinin selikli qişasından hazırlanmış 120 preparatdan istifadə edilmişdir. Bu materiallardan yarımnazik preparatlar hazırlanılaraq, bilavasitə immunohistokimyəvi analiz üçün lazım gələn metodla işlənilmişdir.
Tədqiqat göstərmişdir ki, alın arakəsməsi ciblərinin selikli qişasında olan vəzilərin stromasında lokalizasiya edən CD-3-müsbət hüceyrələr yerli qoruyucu baryer funksiyasına malikdir. Bundan əlavə, preparatlarda çoxlu sayda periasinar yerləşmiş T-limfositlər müşahidə edilir. Arakəsmənin periasinar birləşdirici toxumasında CD-20+ hüceyrələrin sayı olduqca azdır.
Axacaqətrafı stromada B-limfositlər əhəmiyyətli dərəcədə çoxdur. Alın payı arakəsməsinin ciblərinin selikli qişasında olan vəzilərin periasinar stromasında plazmosit hüceyrələrin sayı da əhəmiyyətli dərəcədə çoxdur. Bu hüceyrələr bazal membranlarda zəncirşəkilli topalar təşkil edir və topaların hər birində 10-12 hüceyrə olur. Axacaqətrafı birləşdirici toxumada CD-138+ hüceyrələr periasinar sahədəkinə nisbətən azdır.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Pronina, O., Bilaş, S., Koptev, M., Piroq-Zakaznikova, A., Kononov, B., Olinichenko, Y., Donçenko, S., Oleksienko, V., & Mamay, O. (2023). ALIN CİBLƏRİ ARAKƏSMƏSİNİN SELİKLİ QİŞASINDA OLAN VƏZİLƏRİN İMMUNOHİSTOKİMYƏVİ XARAKTERİSTİKASI. Azərbaycan Tibb Jurnalı, (4), 134–140. https://doi.org/10.34921/amj.2023.4.019

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT