AĞ SİÇOVULLARIN NAZİK BAĞIRSAQLARINDA OLAN PEYER DÜYÜNLƏRİ İLƏ BÖYÜK PİYLİYİN SÜDLÜ LƏKƏLƏRİNİN OXŞARLIQ VƏ FƏRQLƏRİ

Авторы

  • Yu.P. Kostilenko Poltava Dövlət Tibb Universitetinin
  • V.H. Hrin Poltava Dövlət Tibb Universitetinin
  • O.S. Maksimenko Poltava Dövlət Tibb Universitetinin
  • V.P. Bilaş Poltava Dövlət Tibb Universitetinin
  • N.L. Svintsiska Poltava Dövlət Tibb Universitetinin
  • Ya.O. Brovarnyk Poltava Dövlət Tibb Universitetinin
  • D.S. Stupak Poltava Dövlət Tibb Universitetinin

DOI:

https://doi.org/10.34921/amj.2023.4.018

Ключевые слова:

böyük piylik, südlü ləkə, Peyer düyünləri, mədə, onikibarmaq bağırsaq, seroz qişa

Аннотация

Məqalədə şərh edilən tədqiqat işinin məqsədi ağ siçovullarda nazik bağırsaqların Peyer düyünləri ilə böyük piyliyin südlü (ağ) ləkələrinin strukturunu tədqiq və müqayisə etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bundan ötrü eksperimental şəraitdə 20 baş erkək ağ siçovul üzərində tədqiqat aparılmışdır (siçovulların kütləsi 278,08 qramdan 346,47 qrama qədər olmuşdur). Tədqiqat materiallarını Peyer düyünləri vizuallaşdırılmış nazik bağısaq preparatları və böyük piyliyin total preparatları təşkil etmişdir. Preparatlar 10%-li formalin məhlulunda fiksasiya edilmiş və hematoksilineozinlə boyadılmışdır. Peyer düyünləri və böyük piyliyin südlü ləkələri ölçü baxımdan bir-birinə uyğun deyil. Südlü ləkələr böyük piyliyin damar-piy qövsü üzrə yerləşmiş limfa düyünlərinin strukturuna uyğun gələn müəyyən miqdarda diskret formada yerləşmiş törəmələrdir. Peyer düyünləri südlü ləkələrdən fərqli olaraq topalar şəklində yerləşirlər. Bu baxımdan südlü ləkələr nazik bağırsağın yalnız limfoid vəziləri ilə müqayisə edilə bilər. Onların oxşar cəhətləri yalnız strukturundan və limfoid komponentinin hüceyrəvi tərkibi ilə əlaqədardır, fərqlər isə limfoid elementlərinin sıx morfofunksional əlaqədə olduğu toxuma strukturlarından asılıdır.

Downloads

Download data is not yet available.

Опубликован

2023-12-20

How to Cite

Kostilenko, Y., Hrin, V., Maksimenko, O., Bilaş, V., Svintsiska, N., Brovarnyk, Y., & Stupak, D. (2023). AĞ SİÇOVULLARIN NAZİK BAĞIRSAQLARINDA OLAN PEYER DÜYÜNLƏRİ İLƏ BÖYÜK PİYLİYİN SÜDLÜ LƏKƏLƏRİNİN OXŞARLIQ VƏ FƏRQLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 126–133. https://doi.org/10.34921/amj.2023.4.018

Выпуск

Раздел

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT