COVID-19-un PROFİLAKTİKASI ÜÇÜN AZD1222 VƏ RAD26-S KOMBİNASİYASININ TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.016Açar sözlər
COVID-19, vaksinasiya, profilaktikaXülasə
Orqanizmin immun reaksiyasını öyrənmək və peyvəndlərin birgə istifadəsinin təhlükəsizliyini müəyyən etmək məqsədi daşıyan tədqiqata protokola uyğun olaraq AZD1222 (replikasiya etməyən ChAdOx1 vektoru əsasında) və rAd26-S (rekombinant adenovirus 26-cı tip peyvəndi Gam-COVID-Vac komponenti), Sputnik V (AstraZeneca tərəfindən təsdiq edilmiş tədqiqat protokoluna uyğun olaraq, Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi, Böyük Britaniyada qeydiyyatdan keçmiş Britaniya-İsveç əczaçılıq şirkəti tərəfindən istehsal edilmişdir) vasitəsilə yaşı 18-dən yuxarı olan 100 nəfər vaksinasiya edilmişdir. İmmun reaksiya peyvənddən əvvəl və peyvənddən 15, 29, 57 və 180 gün sonra qan nümunələrindəki anticisimciklərin səviyyəsi, S-protein və RBD (reseptor birləşdirici sahə), həmçinin neytrallaşdırıcı SARS-CoV-2 virusuna qarşı anticisimciklərin səviyyəsi ilə qiymətləndirilib. Tədqiqatın nəticələri göstərmişdir ki, AZD1222 və rAd26-S vaksinlərinin birgə istifadəsi heteroloji ilkin buster immunizasiya kimi güclü immun reaksiyaya səbəb olub, həmçinin optimal tolerantlığa və idarə olunan təhlükəsizlik profilinə malikdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


