“ZIĞ” GƏMİ TƏMİRİ VƏ TİKİNTİSİ ZAVODUNUN İŞÇİLƏRİNDƏ PEŞƏDƏN ASILI GÖZ XƏSTƏLİKLƏRİNİN YAYILMASI
DOI
https://doi.org/10.34921/amj.2023.4.017Açar sözlər
yayılma, tərsanə, göz xəstəliyi, profilaktik müayinələrXülasə
Məqalədə “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işçilərdə peşədən asılı göz xəstəliklərinin yayılma səviyyəsini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Adı çəkilən zavodun 971 nəfər işçisininn kompleks oftalmoloji müayinəsinin nəticələri araşdırılmışdır. Bütün işçilər müayinəyə cəlb edilmişdir, şikayət və anamnez öyrənilmiş, göz almasının biomikroskopiyası, korreksiya və korreksiyasız görmə itiliyi, refraksiya, rəng və binokulyar görmə, tonometriya, oftalmoskopiya və digər zəruri metodlar tətbiq edilmişdir. Klinik göstərişlər olanda diaqnozu dəqiqləşdirmək üçün əlavə metodlardan istifadə edilmişdir. Toplanmış məlumatların statistik işlənməsi üçün keyfiyyət əlamətlərinin statistikası metodları istifadə olunmuş, xəstəliklərin tezliyi (1000 nəfərə görə), tezliyin orta xətası və 95% etibarlılıq intervalı (t=1,96) hesablanmışdır. Peşə qruplarının xəstələnmə səviyyəsinə görə fərqi χ² meyarı ilə qiymətləndirilmişdir.
Tədqiqat göstərmişdir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işçilərin profilaktik müayinəsində aşkar edilmiş göz xəstəliklərinin tezliyi 477,8±16,0‰-dir, onların əksəriyyəti refraksiya və akkomodasiya anomaliyalarının (46,77%), konyunktiva xəstəliklərinin (25,21%) payına düşür. Zavodun ümumi xəstələnmə göstəricisindən aşağı səviyyədə xəstələnmə çilingərlərdə, elektrik qaynaqçılarında, takelajçılarda, tornaçılarda müşahidə edilmişdir, amma onlar bir-birindən və ümumi səviyyədən statistik əhəmiyyətli fərqli olmamışdır (p>0,05). Kontrol qrupu ilə müqayisədə yüksək (p=0,05) xəstələnmə səviyyəsi boruçəkən, elektrik quraşdırıcısı, gövdə təmirçisi, elektrik qaynaqçısı, çilingər rəngsaz peşə qruplarında qeydə alınmışdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


