KƏSKİN MİOKARD İNFARKTI ZAMANI XƏSTƏLƏRDƏ İŞEMİK MƏNŞƏLİ MİTRAL QAPAQ ÇATIŞMAZLIĞININ YARANMASININ XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • L.R. Stestyuk Ukrayna Səhiyyə Nazirliyinin Ürək İnstitutu
  • İ.M. Kliş Horbaçevski ad. Ternopol Milli Tibb Universiteti
  • İ.O. Stetsyuk Ukrayna Səhiyyə Nazirliyinin Ürək İnstitutu
  • B.M. Todurov Ukrayna Səhiyyə Nazirliyinin Ürək İnstitutu
  • M.B. Todurov Şupik ad. Ukrayna Milli Səhiyyə Universiteti
  • O.V. Zelençuk Ukrayna Səhiyyə Nazirliyinin Ürək İnstitutu
  • S.M. Sudakeviç Ukrayna Səhiyyə Nazirliyinin Ürək İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2023.4.010

Açar sözlər

mitral requrqitasiya, miokard infarktı, exokardioqrafiya, koronoa angioqrafiya

Xülasə

ST seqmentinin yuxarı istiqamətdə yerdəyişməsi olan və olmayan miokard infarktının (Mİ) bilavasitə başlanğıc dövründə mitral requgitasiyanın (MR) yayılmasını və ağırlıq dərəcəsini öyrənmək məqsədilə tədqiqat aparılmışdır.
Tədqiqatda kliniko-anamnestik metodlardan, obyektiv müayinə üsullarından isə laborator müayinə, elektrokardioqrafiya, exokardioqrafiya və koronaroqrafiyadan istifadə edilmişdir.
Tədqiqat göstərmişdir ki, xəstənin kişi cinsinə mənsubluğu (66%), yaşının 67-dən çox olması, koronaroqrafiyada çoxlu damar zədələnmələrinin olması (56%), revaskulyarizasiyaya qədər 31 saatdan çox vaxt keçməsi, sol mədəciyin atım fraksiyasının 40%-dən aşağı olması mitral requrqitasiyanın inkişafı üçün prediktor hesab edilə bilər. Orta səviyyəli MR-lə assosiasiya edən faktorlara yaş (66±12 il), xəstənin kişi cinsinə mənsubluğu (62,5%, 16 nəfərdən 10-u), sol mədəciyin son diastolik ölçü indeksi (74±13 ml/m2 -dən az) və sol qulağının dilatasiyası (sol mədəciyin həcm indeksi – 52±14,8 ml/m2 ) aid edilə bilər.
Müəlliflərin fikrincə, miokard infarktından sonra mitral requrgitasiyanın baş verməsi sol mədəciyin lokal və ümumi remodelləşməsi ilə əlaqədar olur. Bu proses miokard infarktının qabaqcadan məlum olan risk amillərindən asılı olmadan xəstəliyin nəticələrinə mənfi təsir göstərə bilər. Mitral requrqitasiya çox vaxt klinik əlamətlərsiz keçdiyinə görə miokard infarktı olan xəstələrdə vaxtaşırı exokardioqrafik müayinəyə ehtiyac vardır. Müayinənin aparılması mitral requrqitasiya dərəcəsinin miqdarca qiymətləndirilməsinə yönəldilməlidir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-12-20

Necə istinad edilir

Stestyuk, L., Kliş, İ.M., Stetsyuk, İ.O., Todurov, B., Todurov, M., Zelençuk, O., & Sudakeviç, S. (2023). KƏSKİN MİOKARD İNFARKTI ZAMANI XƏSTƏLƏRDƏ İŞEMİK MƏNŞƏLİ MİTRAL QAPAQ ÇATIŞMAZLIĞININ YARANMASININ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 68–74. https://doi.org/10.34921/amj.2023.4.010

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR