LAPAROSKOPİK ADHEZİOLİZ VƏ QARIN BOŞLUĞUNDA BİTİŞMƏ PROSESLƏRİNİN PROFİLAKTİKASI
DOI
https://doi.org/10.34921/amj.2023.4.013Açar sözlər
qarın boşluğu, bitişmə prosesləri, laparoskopik adheziolizXülasə
Məqalədə əməliyyatdansonrakı erkən dövrdə bitişmə mənşəli bağırsaq keçməzliyinin laparoskopik üsulla diaqnostikasının mümkünlük dərəcəsini aydınlaşdırmaq və adheziolizisin optimallaşdırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Əməliyyatdansonrakı erkən dövrdə mədə-bağırsaq traktının yuxarı şöbələrində bağırsaq keçməzliyi klnikası olan 70 xəstə müayinə və müalicə almışdır. Əsas qrupa 46, kontrol qrupa isə 24 xəstə daxil edilmişdir. Əsas qrupda laparoskopik əməliyyat, kontrol qrupa daxil olan oxşar kateqoriyalı xəstələrdə isə açıq üsul – laparotomiya həyata keçirilmişdir.
Tədqiqat göstərmişdir ki, yuxarı-orta və aşağı-orta kəsik üzrə laporatomiyalar bağırsaq keçməzliyinə daha çox səbəb olur. Nazik bağırsaq ilgəklərinin hərəkətli vissero-parietal bitişmələrinin əməliyyatönü ultrasəs diaqnostikasının həssaslığı 94,6%, laparoskopik diaqnostikasının həssaslığı isə 99,2% təşkil edir. Tədqiq olunan qrupların göstəricilərinin statistik təhlili zamanı aşkar edilmişdir ki, azinvaziv texnologiyadan istifadə edərkən intraoperasion (р=0,009) və əməliyyatdansonrakı ağırlaşmaların inkişaf tezliyi [10,9% və 54,1%; (p=0,006)], letallıq səviyyəsi [0 və 4 (16,6%); p=0,021] və stasionarda qalma müddəti [(5,8±2,3 və 14,5±3,4); p=0,045] azalır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


