CANDLE-yə BƏNZƏR SİNDROM: KLİNİK MÜŞAHİDƏ
DOI
https://doi.org/10.34921/amj.2023.4.024Açar sözlər
qeyri-spesifik immunitet, CANDLE sindromu, PSMB8 geniXülasə
Məqalədə nadir patologiyalardan biri olan CANDLE sindromuna (Chronic Atypical Neutrophilic Dermatosis with Lipodystrophy and Elevated temperature) görə müalicə almış 1 yaş 5 aylıq xəstə qız haqqında məlumat verilir. Xəstə kompleks klinik, immunoloji laborator, instrumental müayinələrdən keçirilmiş, genetik analiz olaraq PSMB4, PSMB8, PSMB9 və PSMA3 genləri araşdırılsa da, bu genlər aşkar olunmayıb, lakin bütün klinik əlamətlərə və xəstəliyin gedişinə əsasən Candle sindromuna bənzədiyinə görə, xəstəyə CANDLE-yə bənzər sindrom diaqnozu qoyulmuşdur.
Məqalədə qeyri-spesifik immun mexanizm vasitəsilə, bəzi hallarda isə spesifik immun tənzimin pozulması nəticəsində yaranan və autosom-ressesiv yolla ötürülən CANDLE sindromu haqqında qısa məlumatla yanaşı, müəllifin praktikada müşahidə etdiyi klinik nümunənin şərhi verilmişdir. Bu xəstəliyin tədqiqi klinik əlamətlərinin tipik xüsusiyyətlərinə, diaqnostika və müalicəsinin çətinliyinə görə böyük praktik əhəmiyyət kəsb edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


