HİPERAKTİV SİDİK KİSƏSİNİN QEYRİ-FARMAKOLOJİ VƏ FARMAKOLOJİ MÜALİCƏSİNİN EFFEKTİVLİYİ: RANDOMİZASİYA EDİLMİŞ TƏDQİQAT
DOI
https://doi.org/10.34921/amj.2023.4.007Açar sözlər
sidik saxlanmazlığı, hiperaktiv sidik kisəsi, farmakoloji müalicə, çanaq dibi əzələlərinin stimulyasiyası, fraksiyası CO2-lazerXülasə
Məqalədə hiperaktiv sidik kisəsi (HASK) olan qadınların çanaq dibi əzələlərinin bioloji əks-əlaqə mexanizmlərinin pozulmalarının CO2-lazer vasitəsilə - ayrılıqda və dərman preparatları (antimuskarinlər və selektiv β3-aqonistlər) tətbiqi ilə müalicəsinin effektivliyini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Prospektiv randomizasiyalı tədqiqata cəlb edilmiş 105 xəstə qadın 3 qrupa bölünmüşdür: 1. Çanaq dibi əzələlərinin fəaliyyəti “Уростим” aparatı və fraksion fototermolizin (fraksion CO2- lazer) kombinasiyası ilə stimulyasiya edilən xəstələr (qeyri-Farm qrupu); 2. Çanaq dibi əzələlərinin funksiyasının fraksion CO2-lazerin, farmakoloji preparatların (antimuskarin preparatları və selektiv β3-aqonistlər) kombinasiyası ilə stimulyasiya edilən xəstələr (MİKS); 3. Yalnız farmakoloji preparatlar alan xəstələr (Farm).
Çanaq dibi əzələlərinin stimulyasiyası 10 gün davam etdirilmiş, bu müddətdə 2 dəfə fraksion lazer tətbiq edilmişdir. Bundan əlavə, xəstələrə 3 ay müddətinə farmakoloji preparatlar təyin edilmişdir. Sidik kisəsinin hiperaktivliyinin qiymətləndirilməsi məqsədilə bunlardan istifadə edilmişdir: sidik ifrazı aktına çağırışların tezliyi (sutkada 8 dəfədən çox), sidik saxlanmazlığı, nikturiya. 3 ay ərzində hər üç qrupun sidik ifrazı gündəliyində yaxşılaşma qeyd edilmişdir (p<0,05). MİKS qrupunda müsbət effekt 6 ay ərzində saxlanılmışdır. 3 aydan sonra MİKS və Farm qruplarında sidik ifrazının tezliyi gündüz və gecə saatlarında normallaşmış, sidik ifrazına imperativ çağırışlar aradan qalxmış və sidikburaxmadan sonra qalıq sidiyin miqdarı normallamışdır. 3 və 6 aydan sonra QEYRİ-Farm və MİKS qruplarında sidik axınının sürəti yaxşılaşmışdır. Sidik ifrazının tezliyi və sürəti müalicənin əlverişliyinin prediktorları ola bilər. Çanaq dibi əzələlərinin stimulyasiyası və fraksion fototermolizlə birgə farmakoloji preparatların tətbiq edildiyi qrupda müalicənin effektivliyi digər qruplardakından fərqli olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


