BRONXİAL ASTMALI UŞAQLARDA SPELEOTERAPİYANIN KLİNİK-FUNKSİONAL GÖSTƏRİCİLƏRƏ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.005Açar sözlər
bronxial astma, speleoterapiya, uşaqlarXülasə
Məqalədə yüngül və orta ağır bronxial astmalı xəstələrdə speleoterapiyanın klinik mənzərəyə və xarici tənəffüs funksiyasının göstəricilərinə təsirinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqata yaşı 5-lə 18 arasında olan, atopik bronxial astmalı 80 uşaq və yeniyetmə daxil edilmişdir. 50 xəstəyə speleoterapiya aparılmış, 30 xəstə yalnız bazis müalicə almışdır. Xəstələrdə ağciyərlərin xarici tənəffüs funksiyası spirometriya, klinik simptomlar isə ACT anketi istifadə edilməklə qiymətləndirilmişdir. Speleoterapiya aparılan qrupda xəstəliyin yüngül forması zamanı gündüz simptomları 2,9, gecə simptomları 5,2 dəfə azalmış (p<0,001), ACT – 24,1±0,2 (p<0,001) bal olmuşdur. Xəstəliyin orta ağır forması olan xəstələrdə speleoterapiyadan sonra gündüz simptomları 2,7 dəfə (p<0,001), gecə simptomları 3,0 dəfə azalmışdır. Bu qrupda speleoterapiyadan sonra astma – kontrol test 23,1±0,3 (p<0,001) bala yüksəlmişdir. Speleoterapiya kursu nəticəsində həmçinin xəstələrin xarici tənəffüs funksiyasının göstəriciləri yaxşılaşmışdır. Tədqiqat zamanı əldə edilən məlumatlar bronxial astmalı uşaqların kompleks müalicəsində istifadə edilən speleoterapiyanın yüksək effektivliyini sübut edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


